8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Beynəlxalq mediaya xəbər verir ki, Patrik Hikki Rio Oyunlarının biletlərinin alverində əli olmaqda ittiham olunaraq həbs edilb. Onun Rio-de-Janeyranın Barra-daTjuca rayonunda həbs edildiyi xəbər verilir.
Məlumata görə Patrik Hikkinin həbsi bilet alverinə görə avqustun 5-də həbs edilmiş irlandiyalı biznesmen, Britaniyanın THG şirkətinin direktoru Kevin Mallonun ifadəsi əsasında baş verib. Mallon istintaqa verdiyi ifadədə bilet alveri sxemini açıb və cənab Hikkinin də bu sxemin tərkib hissəsi olduğuna dair sübutlar var. 71 yaşlı Patrik Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir. Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb.
Məlumata görə Patrik Hikki Beynəlxalq Olimpiya Komitəsinin nümayəndə heyətinin qaldığı Windsor Marapendi otelində həbs olunub. Həbs olunduqdan sonra o, ifadəsi alınmaq üçün yaxınlıqdakı polis bölməsinə piyada aparılıb. Polisdəki mənbə bildirib ki, onlarhəbs üçün otelə gələndə cənab Hikki qaçmağa çalışıb. Lakin polislər 71 yaşlı Hikkini yaxalayıblar və əllərini qandallayıblar.
Hikki polisə aparılandan sonra səhhəti pisləşib, onu polis bölməsindən Rionun Barra rayonundakı Samaritano klinikasına aparıblar. İrlandiya Olimpiya Komitəsi öz saytında bildirib ki, Patrik Hikkinin həbsi barədə məlumatlıdır, lakin vəziyyət tam aydınlanana qədər şərh verməyəcək.
İrlandiya mətbuatının xəbərlərinə görə, polislər Patrik Hikkinin qaldığı otağa basqın edərkən o, balkondan qonşu otağa keçib və oradan qaçmağa çalışıb. Qonşu otaqda isə bundan əvvəl Hikkinin oğlu qalırmış. Patrik Hikki qaçmağa çalışarkən İrlandiya Olimpiya Komitəsinin prezidenti olduğunu təsdiqləyən vəsiqəni də nəyə görəsə qapının altına qoyub. Vəsiqəni polislər götürüb.
Rio-de-Janeyro polisinin dələduzluq və mütəşəkkil cinayətkarlıq departamendən "Associated Press” agentliyinə bildiriblər ki, onların apardığı təhqiat nəticəsində cənab Hikkinin beynəlxalq bilet alveri sxemində yer aldığını göstərən sübutları üzə çıxarıb.
Artıq Beynlxalq Olimpiya Komitəsi Patrik Hikkinin qaldığı oteldə onun üçün ayrılmış yeri ləğv edib.