29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
NATO baş katibinin müavini qarşıdakı həftə ərzində Türkiyəyə səfər edəcək.
Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı NATO-ya müraciət edərək demişdi: "Ey, NATO, siz ortaqlarınızdan birinin sərhədinə təcavüz edildiyi zaman mövqeyini bildirmək öhdəliyi daşıyırsınız. İndiyə qədər hansı mövqeni nümayiş eləmisiniz?”
Bu çağırışdan sonra dünən NATO ard-arda açıqlamalar verib.
Axşam saatlarında da prezident Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə telefonla söhbət edib. Ərdoğan telefon danışığında Suriya-Türkiyə sərhədində qurulacaq YPG ordusu ilə bağlı "Bu, qəbuledilməzdir!” deyə xəbərdarlıq edib. Bundan sonra isə NATO baş katibinin müavinin yaxın günlərdə Türkiyə səfər edəcəyi barəsində açıqlama verilib.