Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycanda benzinin qiyməti yenidən ARTIRILIR - SABAHDAN ETİBARƏN
Dolların məzənnəsinin artması avtomobil yanacağının qiymətinin dəyişməsinə səbəb olacaq.
Bu barədə "Report"a SOCAR-dakı mənbələrdən məlumat verilib. "Lakin buraya bütün növ avtomobil yanacağı şamil edilməyəcək. Qiyməti bazar tərəfindən sərbəst təyin olunan benzin markalarının qiymətində bazarın mövqeyindən asılı olaraq artım baş verəcək", - mənbə bildirib.
Burada xatırladaq ki, beynəlxalq bazar tərəfindən qiyməti sərbəst təyin edilən benzin markaları xaricdən idxal olunan "Premium Euro-95" və "Super Euro-98” markalı benzin növləridir. Belə ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkəyə idxal olunan "Euro-5” ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri (Aİ-95 və Aİ-98) dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib, yəni idxal olunan bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.
Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzinin və dizel (L-62) yanacağının qiyməti isə Tarif (Qiymət) Şurası tərəfindən müəyyənləşdirilir. Tarif Şurası da 2013-cü il dekabrın 3-də "Aİ-92" markalı benzinin pərakəndə satış qiymətini hər litr üçün 70 qəpik müəyyənləşdirib. Dizel yanacağının 1 litri isə 60 qəpikdən satılır. Bu növ benzinin və dizel yanacağının ölkədə istehsal olunmasına görə adı çəkilən markalar üçün hökumətin qiymət artımına gedəcəyi o qədər də real görünmür.
Elə sonuncu qiymət artımında da ölkədə istehsal olunan məhsulların qiymətində artım olmayıb. Belə ki, bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin qiyməti 1,05 AZN təşkil edir.
Lakin burada dolların manata məzənnəsinin xüsusi rolu var. Qiymət artımı zamanı da qeyd olunmuşdu ki, "Aİ-95" premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Yəni "Aİ-95" markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq.
Bu məqamda qeyd edək ki, yanvarın 13-də 1 ABŞ dollarının məzənnəsi 1,7867 manat təşkil edib. Yanvarın 30-da isə 1 ABŞ dollarınının məzənnəsi 1,9165 manatdır. Yəni, dollar bu müddətdə 7,3% bahalaşıb. Əldə etdiyimiz məlumata görə, benzinin qiyməti "PLATTS EUROPEAN MARKETSCAN” 30 yanvar nəşrində "FOB MED (ITALY)” başlığı altında dərc olunmuş "PREM UNL 10 PPM” kotirovkasının orta qiymətinə uyğun olaraq 546,75 dollar təşkil edir. Benzinin Bakıya qədər olan nəqliyyat xərcləri isə 80 dollara yaxındır (bura fraxt, aşırma, daşınma xərci, maliyyə xərci, inspeksiya və sığorta daxildir) və beləliklə, 1 ton premium markalı benzin nəqliyyat xərci ilə birlikdə 624,74 dollara başa gəlir. 1 ton üçün aksiz vergisi 41,74 dollar, ƏDV (18%) 131, 54 dollar, yol vergisi 13,67 dollar və gömrük xərcləri hesablanmaqla bu markalı benzinin bir tonu 812,02 dollara başa gəlir. Bu isə Mərkəzi Bankın bugünkü məzənnəsi ilə (1 dollar - 1,9165 manat) 1 556,24 manatdır. Premium markalı benzinin 1 litrinin idxal dəyəri isə 1,188 manat təşkil edir. Yəni hazırki satış qiyməti idxal olunan qiymətdən 0,138 manat ucuzdur. Belə olan təqdirdə xaricdən dollarla idxal olunan, ölkədə isə manatla, dəyərindən ucuz satılan "Premium” benzinin satışını şirkətlər məzənnəyə və bazara uyğun formalaşdırır.
Eyni zamanda yanvar ayında bir neçə ölkədə "Premium” markalı benzinin qiymətində artım baş verib.
Gürcüstanda isə benzinin qiymət artımı bu il yanvarın 1-də baş verib. Ölkənin yanacaqdoldurma məntəqələrində benzinin qiyməti müvafiq olaraq 40 - 60 tetri artıb. 2016-cı il dekabrın sonlarında 1,45 GEL-ə (0,95 manat) satılan benzin bu il yanvarın 2-dən başlayaraq 1,90 (1,25 manat), 1,95 (1,28 manat) və 2 GEL-ə qədər (1,31 manat) bahalaşıb.
Benzinin qiyməti tədricən, 3 gün ərzində artırılıb. Qeyd edək ki, gürcü larisinin manata məzənnəsi yanvarın 5-i Mərkəzi Bankın məzənnəsi ilə (1 gürcü larisi 0,6564 manat) hesablanıb.
Rusiyada yanvarın ortasında "Aİ-92” və "Aİ-95” markalı benzinin pərakəndə satışı bahalaşıb."Aİ-92” markalı benzinin ölkə üzrə 1 litrinin orta qiyməti 4 qəpik artaraq 35,56 rubl (1,07 manat), "Aİ-95” markalı benzinin qiyməti isə 5 qəpik qalxaraq 38,49 rubl (1,15 manat) olub.
Məlumata görə, ən böyük artım Cənubi Federal Dairənin ərazisində baş verib. Burada "Aİ-92” markalı benzinin qiyməti 36 qəpik bahalaşaraq 38,8 rubl/litr(1,16 manat) təşkil edib.
Ümumilikdə isə 2015-ci ilin əvvəlindən 2016-cı ilin sonuna qədər Rusiyada benzininin qiyməti 3,7%, dizel yanacağının qiyməti isə 2,7% artıb. Bir çox ölkələrdə bazarın mövqeyindən asılı olaraq qiymət mütəmadi dəyişir.
Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir və Azərbaycanın da idxalçı mövqeyindən çıxış edərək qiymət artımına uyğunlaşması bazarın tələbidir.
Həm də nəzərə alaq ki, "Premium Euro-95” markalı benzinin qiymətinin sonuncu artımı böyük problem yaratmayıb. Bunun da əsas səbəbi "Premium” markalı benzinin Ai-92 və dizelə görə ümumi istehlakda payının az olmasıdır. Belə ki, statistik məlumatlara görə, ay ərzində orta hesabla ölkədə təxminən 95-100 min ton "Aİ-92" markalı avtomobil benzini, təxminən 155 min tona yaxın dizel yanacağı (L-62) istehsal olunur. İstehsal olunan avtomobil benzininin demək olar ki, hamısı daxili bazarda istehlak olunur. İstehsal olunan dizelin isə təxminən 90-95 min tonu daxili istehlakın payına düşür. Qalan həcmlər isə ixraca yönəldilir.
Ölkəyə aylıq 4 min tona yaxın isə "Premium Euro-95" və "Super Euro-98" markalı benzin gətirilir. Bu benzin markaları əsasən Bolqarıstan, Rusiya, Rumıniya, Belarusdan idxal olunur. Ai-95 və daha yüksək oktanlı avtomobil benzininin ölkədaxili istehlakda payı təxminən 4%-ə yaxın təşkil edir.
Yanvarın 13-də bu markalı benzinin qiymətindəki artımdan sonra da göründüyü kimi, ölkədə xüsusilə bahalı maşınlarda istifadə olunan və kütləvi xarakter daşımayan "Premium” benzinin qiymətinin qaldırılması əhalinin böyük əksəriyyətinə, ictimai nəqliyyata, istehsalata təsir göstərməyib.
Yuxarıda qeyd olunanlar, istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacağını, artımın yenə də idxal olunan məhsullara aid olacağını və bunu da bazarın şərtləndirdiyini göstərir.
Oxşar Xəbərlər
SOCAR benzinlə bağlı açıqlama yaydı - “8-10 günlük ehtiyat var”
Benzinin 30 faiz ucuzlaşması mümkündür – Vüqar Bayramov
Prokurorlar NAZ-da gəzəcək - Qaralovdan qərar
Tank səsi çıxaran yeni Bugatti - 8 dəqiqəyə 100 litr benzin içir
Xəbər lenti
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq