Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Qarabağa rus əsgərləri necə gəldi?
- Razılaşmanın səbəbləri...
Sozcu.info Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edir:
- Qüdrət bəy, artıq 2021-ci ilin ilk günlərini yaşayırırq. Necə düşünürsünüz, bu il həll etməli olduğumuz əsas məsələlər hansılardır?
- İlk növbədə hökumət qısa bir müddətdə COVİD-19 virusuna qarşı ÜST tərəfindən təsdiq olunmuş vaksinlər almalı və əhalinin peyvənd olunmasına başlanılmalıdır. Bunun ardınca ölkədə başladılmış islahatlar dərinləşdirilməli, iqtisadiyyatda dövlət yalnız tənzimləyici rol oynamalı, özəlləşdirilməyə gedilməlidir. Konstitusiyanın 15-ci maddəsinin ikinci hissəsində qeyd olunur ki, dövlət iqtisadiyyatın inkişafına şərait yaradır, inhisarçılığa və haqsız rəqabətə yol vermir. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsində göstərilir ki, mülkiyyətin heç bir növünə (dövlət, bələdiyyə və xüsusi mülkiyyət) üstünlük verilmir. Ona görə də bu konstitusion normalara hökumət tərəfindən ciddi riayət olunmalıdır. Təəssüf ki, biz adını “təbii inhisarçı” qoyub bəzi dövlət şirkətlərinə büdcədən pul ayırır, onların borclarını büdcə vəsaiti hesabına bağlayırıq və bəzən vergi güzəştləri də nəzərdə tuturuq və s. Halbuki Konstitusiyaya görə, heç bir təbii inhisarçıdan söhbət gedə bilməz və belə şirkətləri bir neçə yerə bölməklə, inhisarçılığa son qoyulmalıdır. Təəssüf ki, dövlət müəssisələrinə maliyyə dəstəyi bəzən onların gördüyü işin əhəmiyyəti ilə əlaqələndirilir. Baxmayaraq ki, iqtisadiyyatın digər mülkiyyət növləri ilə əlaqəli bütün sahələri əhəmiyyətlidir.
Eyni zamanda qanunun aliliyini yüksək səviyyədə təmin etmək üçün məhkəmə-hüquq islahatları da dərinləşdirilməlidir. Ölkənin xarici siyasət idarəsi sözün əsl mənasında fədakarlıq nümayiş etdirməli, ölkəyə investisiya cəlb olunması və Qarabağın bərpası üçün büynəlxalq dəstəyin təmin edilməsi istiqamətində ciddi fəaliyyət göstərməlidir. Hökumət xalqın quruculuq prosesinə cəlb olunması üçün xüsusi proqramlar hazırlamalıdır. Bunlarsız böyük uğurlara imza atmaq çətin olacaq, iqisadiyyatın neft və qaz satışından asılılığı davam edəcəkdir.
Həll edilməli növbəti vacib məsələ “Laçın dəhlizi” də daxil olmaqla, Ermənistanla dövlət sərhədlərinin bərpa olunması, ölkəmizin ərazisinə malların və insanların giriş-çıxışına nəzarətin bərpa edilməsidir.
- Xaricdən idarə olunan bəzi adamlar son günlər Qərb ölkələrindən yayımlanan internet TV-lər üzərindən xüsusi emosionallıqla təkrar-təkrar vurğulayırlar ki, rus sülhməramlılarının Qarabağa gəlməsinə imkan vermək olmazdı, ən azından Azərbaycan atəşkəs haqqında birgə Bəyanat imzalayarkən qətiyyət nümayiş etdirməli, ruslarla eyni sayda Türkiyə sülhməramlılarının da münaqişə bölgəsinə gəlməsinin Bəyanatda qeyd olunmasına nail olmalı və türklər də ruslarla birlikdə sülhməramlı missiyada iştirak etməli idilər. Onlar əminliklə söyləyirlər ki, Türkiyənin imzalanmış Bəyanatdan öncədən xəbəri olmayıb və Azərbaycan Türkiyəni fakt qarşısında qoyub. Bəziləri hətta Qarabağın tam azad olunmamasını və atəşkəsə gedilməklə bu münaqişənin birdəfəlik həll edilməməsini böyük tarixi şansın qaçırılması kimi qiymətləndirirlər. Sizin bu məsələlərə münasibətiniz necədir?
- Bu cür fikirləri səsləndirənlər siyasi diletantlar və qərəzli, tapşırıqla danışanlardır. Hansı “ağıllı” düşünə bilər ki, Rusiya ilə anlaşıb onun neytral qalacağına əmin olmadan Prezident genişmiqyaslı əks-hücum əmri vermişdi? Biz hamımız gördük ki, Rusiya bundan əvvəlki atəşkəs rejimlərinin pozulması hallarında olduğu kimi dərhal müdaxilə etmədi və bəyan etdi ki, döyüşlər Azərbaycan ərazisində getdiyindən onlar müdaxilə edə bilməz. Bununla yanaşı müharibə zamanı Rusiya Türkiyə ilə daim təmasda oldu, onun proseslərdə iştirakına çox dözümlə yanaşdı və hazırda Türkiyə ilə birgə Atəşkəsə Nəzarət üzrə Monitorinq Mərkəzi yaradırlar. Atəşkəsdən xeyli öncə Türkiyə mətbuatı türk diplomatik qaynaqlara istinad etməklə bölgəyə rus sülhməramlılarının gələcəyini yazırdı. Baş verənləri təhlil etdikcə əmin olursan ki, müharibə başlayan kimi Ordumuzun İranla sərhəd rayonlarının və Şuşanın işğaldan azad olunması istiqamətində əks-hücumlarını da yalnız hərbi strategiya ilə əlaqələndirmək doğru olmaz. Qardaş Türkiyə Respublikası bütün məsələlərin içində idi. Bunları başa düşmək üçün sübut yox, ağıl lazımdır. İndi birgə Bəyanatı tənqid edən həmin “ağıllılar” desinlər görək, onlar başqa cür, Rusiya ilə anlaşmadan Qarabağı necə azad edəcəkdilər? Xalqımız da görsün ki, bəli, belə bir şans olub, amma hökumət onu qaçırıb. Ona da cavab versinlər ki, Rusiya münaqişəyə qatılsaydı, indiki nəticələrə nail olmaq mümkün olardımı və Rusiyanın münaqişəyə qatılmamasını başqa cür necə təmin etmək olardı? Paralel olaraq xalqımızdan soruşuram, torpaqlarımızın 20%-nin işğal altında qalması sərfəliydi, yoxsa 4%-nin rus sülhməramlılarının 5 il nəzarətində qalması şərti ilə torpaqlarımızın 16%-ni azad etməyimiz?
Qoy desinlər, Rusiya ilə anlaşmadan hərbi əməliyyatlara başlasaydıq və Rusiya ermənilər tərəfdən müharibəyə qatılsaydı, Türkiyədən başqa kim bizə kömək edəcəkdi? Rusiyanın əlində əsir-yesir olmuş Qərbmi? Yaxud, desinlər Türkiyə-Rusiya müharibəsi bizə nə vəd edirdi? Bizə və bölgəyə rus-türk düşmənçiliyi yox, dostluğu lazımdır. Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanın mövqeyi ortadadır. ABŞ-ın hələ Elçibəyin prezidentliyi dönəmindən Qarabağda erməni işğalçılarına müqavimət göstərdiyimiz üçün ölkəmizə tətbiq etdiyi sanksiya, “Azadlığa yardım aktına 907-ci düzəliş” bu gün də qüvvədədir. ABŞ və Avropa İttifaqının səfirləri xalqımızı 2021-ci ilin gəlişi münasibətilə “təbrik” edirlər, amma torpaqlarımızı işğaldan azad etməyimizə görə bizi təbrik etmirlər. Budur bunların beynəlxalq hüquqa, əslində isə özlərinə hörməti. Daha neçə 30 il gözləməliydik ki, Minsk Qrupunun həmsədrləri Ermənistandan BMT TŞ-nın qətnamələrinin icrasını tələb etsin? Ona görə hər zaman Qarabağı işğaldan azad etmək üçün həm qardaş Türkiyəni, həm də öz hökumətimizi Rusiya ilə danışıqlar aparmağa çağırırdım. İndi çox məmnunam ki, bu baş verib. Siyasət mümkün olanı əldə etmək bacarığıdır. İndiki mərhələdə İlham Əliyev nəyə nail olmaq mümkün idisə, ona nail olub. Növbəti mərhələdə həllini tapmamış digər məsələlər də yoluna qoyulacaq.
- Rusiyanın bəzi tanınmış şəxslərinin “Müttəfiq respublikaların SSRİ-dən çıxmaq qaydaları haqqında” 3 aprel 1990-cı il tarixli qanuna istinad edərək, Qazaxıstanın ərazi bütövlüyünü təhdid etməsi barədə nə deyə bilərsiniz?
- Həmin adamlar sağlam düşünmə imkanlarını və vicdanlarını itiriblər. Əvvəla Sovet İttifaqını həmin qanuna heç bir əhəmiyyət vermədən Rusiya Federasiyası dağıdıb. İkincisi, Rusiya ilə Qazaxıstan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 1991-1992-ci illərdə imzalanmış, 2012-ci ildə əlavələr edilmiş Müqavilənin 1-ci maddəsində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasına, dövlət suverenliyinə hörmət etməsinə dair beynəlxalq hüquqi qüvvəyə malik bənd var. Qazaxıstan indiki sərhədləri daxilində BMT-yə üzv qəbul olunub və Rusiya da bunu tanıyıb. Qazaxıstan Azərbaycana qardaş olan respublikadır və biz ona yönələn bu cür təhdidləri qətiyyətlə pisləyirik. Qazaxıstan türk və islam dünyasında hörmət olunan bir dövlətdir, ona qarşı bu cür təhdidlər Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vurur. Qazaxıstan öz ərazi bütövlüyünü qorumaqda çox qətiyyətlidir, onun Rusiyadan daha güclü və nüfuzlu dövlətlərlə ciddi əməkdaşlığı var. Qazaxıstana yönələn istənilən təcavuz Rusiya Federasiyasının beynəlxalq aləmdə təklənməsinə və onun üçün ağır nəticələrə gətirib çıxara bilər. Ona görə düşünmürəm ki, Rusiya yetkililəri məsələni açıq qarşıdurmaya qədər gətirib çıxarsın.
Oxşar Xəbərlər
Putinin qızı koronavirusa yoluxub:"Birinci peyvənddən sonra hərarəti düşdü"
"Gürcüstana sonuncu xəbərdarlıq edilməlidir" - Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev prezident seçkilərində iştirak edəcək – Partiya sədri sənədlərini MSK-ya təqdim etdi
BAXCP-də görüş –Qüdrət Həsənquliyev avropalılarla müzakirə apardı
Xəbər lenti
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq