“Dəmirçi Plaza”da qətl törədənə hökm oxundu

 

Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmirçi Plaza"da qəsdən adam öldürməkdə ittiham olunan Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə Hökm oxunub. Hökmə görə, Elşən Bəşirov 18 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində "COBALT" markalı tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Araşdırmalar nəticəsində məlum olub ki, hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gedib. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb, ofisə gəlib və orada Ə.Ağalını qətlə yetirib.



Oxşar Xəbərlər

Xəbər lenti