Bakı metrosunda intihara CƏHD - Dostu ilə dalaşdı, özünü relsin üstünə atdı

Bakı metrosunda intihara CƏHD - Dostu ilə dalaşdı, özünü relsin üstünə atdı

 

Bakı metrosunda intihara cəhdin qarşısı alınıb.

Sozcu.info xəbər verir ki, hadisə metronun "Gənclik" stansiyasında baş verib.

Bir nəfər özünü qatar relslərinin üzərinə atıb. Bu barədə Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Saat 13:45 radələrində Bakı şəhər sakini Zülfüqarov Elvin Əli oğlu dostu ilə metronun "Gənclik" stansiyasında mübahisə edib və özünü relslərin üzərinə atıb. Stansiya əməkdaşları və polislərin köməyi ilə həmin şəxs dərhal relslərin üzərindən çıxarılıb. İntihara cəhd edən gənc xəsarət almayıb. Hadisə baş verən zaman xoşbəxtlikdən tunelə yaxınlaşan qatar olmayıb.



Oxşar Xəbərlər

Xəbər lenti