Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
"Eldar Mahmudov məhkəmənin qərarı ilə nəzarəti altındadır.." - Deputatdan sensasion açıqlamalar
Oktyabrın 17-də Eldar Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra onun tezliklə həbsə alınacağı gözlənilirdi. Lakin E.Mahmudovun tutduğu postdan uzaqlaşdırılmasından ay yarım ötüb, MTN-in 20-yə yaxın əməkdaşı, bir neçə generalı, idarə və şöbə rəisləri və müstəntiqləri də daxil olmaqla, "dəmir barmaqlıq” arxasına göndərilib. E.Mahmudovun istintaqa belə cəlb olunması haqda isə rəsmi məlumat yoxdur.
Bu səbəbdən "Eldar Mahmudov niyə həbs olunmur” sualı tez-tez eşidilir. Sosial şəbəkələrdə də bu sual ətrafında qızğın müzakirələr gedir.
"Yeni Müsavat”a açıqlama verən deputat Fəzail Ağamalı düşünür ki, E.Mahmudovun həbs olunmamasının ciddi səbəbləri var: "Qətiyyən şübhə etmirəm ki, bu gün Eldar Mahmudov məhkəmənin qərarı ilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Bunun adına ev dustaqlığı, hərəkətin məhdudlaşdırılması deyirlər. Eldar Mahmudov digər adi vətəndaşlar kimi bu gün istədiyi yerə gedə, istədiyi yerdə otura, sərbəst hərəkət edə bilməz. O, hərəkətləri məhdudlaşdırılmış vəziyyətdədir. Onun nə zaman öz komandasının yanında həbsxanada oturacağı və barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi haqda məlumatsızam. Qətiyyən şübhə etmirəm ki, bütün bu olaylarda onun birbaşa günahı var, bütün bu proseslərə o rəhbərlik edib. Ola bilməz ki, hüquq-mühafizə orqanlarında illərlə işləmiş birinin başı üzərindən, ondan xəbərsiz MTN-də bu cür hərəkətlərə və qanunsuzluqlara yol verilsin. Bu qətiyyən belə ola bilməz”.
F.Ağamalı düşünür ki, Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu özünün qanunsuzluqlarına bulayıb: "Eldar Mahmudov Əli Abbasov kimi ziyalı bir nazir deyildi. Əli Abbasov ziyalı idi, o isə hakimiyyət koridorlardan keçərək gəlib vəzifə tutan biri deyildi. Eldar Mahmudov ondan fərqli olaraq bütün bu işlərin başında duran, Əli Abbasovu bu işlərə qatan biridir. Ona görə də Eldar Mahmudovun barəsində daha ciddi addımların atılacağı istisna olunmur".
F.Ağamalı deyir ki, E.Mahmudov nazir olarkən MTN-də baş verən və hazırda cinayət işlərinin əsasını təşkil edən cinayətlərdən xəbərsiz olması mümkün deyil: "Qanunsuz dinləmələr, sahibkarların talanması onun xəbəri olmadan mümkün deyildi. Bütün bunlar, o adamları ətrafına yığan Eldar Mahmudovun özü olub. Nazir postuna təyin olunandan sonra öz komandasını formalaşdırıb. Komandaya gətirilən hər bir şəxs yazılmamış qanuna görə onu gətirən şəxs qarşısında öhdəliyi var. Komandaya gətirilən şəxs rəhbərinə sadiqlik nümayiş etdirməlidir. Müəyyən sapmalar ola bilər. Onun formalaşdırdığı komandanın ondan xəbərsiz nələrsə etdiyini düşünmək sadəlövhlük olar”.
Deputat deyir ki, E.Mahmudov komandasının qanundankənar hərəkətləri onun nəfsinə hakim ola bilməməsi ilə əlaqəlidir: "Eldar Mahmudovun hərisliyi mənəviyyatsızlıq, dövlətə xəyanət, etimaddan sui-istifadə, dövlətçiliyimizə sayğısızlıq yaradıb. Bu, adamlar dövlətə xəyanət ediblər. Bu sıradan bir qurum deyildi. Azərbaycan dövlətinin təhlükəsizliyini həyata keçirən ciddi bir qurumdur. Orada öz nəfsinə yiyəlik edə bilən, əli təmiz, Azərbaycanın müstəqilliyinə, xalqına, prezidentinə, dövlətinə bağlı insanlar olmalıdır. Eldar Mahmudovun komandası ancaq varlanmaq haqda düşünənlərdən ibarət olub. Nazirin bundan xəbəri olmayıbsa, o, ikiqat məsuliyyət daşıyır. Yaramazları, quldurları ora yerləşdirməklə üzərində nəzarəti itirib və daha böyük cinayətə yol verib”.
F.Ağamalı hazırda qanunsuz olaraq həbsdə saxlanılan sahibkarların dərhal azad edilməsi haqda cəmiyyətdən gələn çağırışlara da münasibət bildirdi: "Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, iş üzrə hələlik 57 nəfər zərərçəkən müəyyən edilib. Həbsdə olanlarla bağlı da istintaq orqanına müraciət edib konkret faktları təqdim etmək olar. Bu işdə kimin hüquqları pozulubsa, onun hüququnun bərpa edilməsi istiqamətində addımlar atılmalıdır. Sahibkarları hədə- qorxu yolu ilə qanunsuz olaraq həbsxanalarda saxlamaqla əmlakları əllərindən alınıb. Əlbəttə ki, sahibkarların pulları, əmlakları geri qaytarılmalıdır. Eyni zamanda verilən işgəncələrə görə mənəvi təzminat ala bilərlər. Azərbaycan qanunları buna imkan verir. Bu gün günahsız olaraq həbsxanada yatan, Eldar Mahmudovun komandasının qanunsuz əməlləri nəticəsində ora düşən sahibkarların yenidən məhkəməsi keçirilməli, onlara bəraət verilməlidir. Ümidvaram ki, bu gün araşdırmalar xüsusi bir yanaşma ilə həyata keçirilir. MTN rəhbərliyinin təzyiqi, təhdidi, təhriki ilə günahsız insanlara, sahibkarlara, vətəndaşlara saxta hökmlər, qərarlar vermiş hakimlər də məsuliyyətə cəlb olunmalıdırlar. Bu, çox vacib bir məsələdir. O ki qaldı o adamların azad olunması üçün parlamentdə çıxış etmək məsələsinə, bu gün ortada prezidentin iradəsi var, bu prosesin açılması, gedişi onun təşəbbüsü ilə həyata keçirilir”.
F.Ağamalı hesab edir ki, MTN-dəki təmizləmələr ölkə rəhbərliyinin son dərəcə riskli bir addımıdır və Azərbaycan xalqının maraqlarına xidmət edir: "Bu addım bütün sahələri əhatə edir və kimsə burada haqqı pozulmuş şəxslərin hüququnun bərpa olunmasına əngəl ola bilməz. Haqsız yerə tutulan, bu gün günahı olmadan həbsdə olan insanlar var və düşünürəm ki, bu məsələlər də Baş Prokurorluğun diqqətindədir. Hadisələrin mahiyyətinin məntiqi bunu diktə edir”.
Sahibkarların mal və varının əllərindən alınması üçün dinlənilməsi haqda məlumatlarla yanaşı, ölkə rəhbərliyinin də qanunsuz dinlənməsi haqda xəbərlər var. F.Ağamalı hesab edir ki, istintaq bütün bu məsələləri araşdırıb qanunsuz dinləmələrin məqsədlərini ortaya çıxaracaq: "Bu çox ciddi bir məsələdir. Ona görə də bu məsələ haqda nəsə demək istəmirəm”.
Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl isə deyir ki, Eldar Mahmudovun istintaqa cəlb olunmaması istintaq orqanlarının problemi deyil: "Bu daha yüksək instansiyadan gələn göstərişdir və həbs olunub-olunmayacağı da həmin o göstərişdən asılıdır. ”Niyə azadlıqdadır" sualına cavab vermək səlahiyyəti hüquq-mühafizə orqanlarına aiddir. Onlar da formal olaraq cavab verə bilərlər ki, əlimizdə kifayət qədər material yoxdur. Amma məsələ bir qədər başqadır".
İ.İsmayıl deyir ki, Eldar Mahmudovun istintaqa cəlb edilməsi üçün kifayət qədər əsaslar var: "Deyək ki, Eldar Mahmudovun əleyhinə ifadə verən yoxdur. O, 10 ildən artıq böyük bir nazirliyə rəhbərlik edib və ən azı ətrafında baş verən cinayətlərə görə vəzifə səlahiyyətlərinə səhlənkar yanaşdığına görə məsuliyyətə cəlb olunmalıdır. Onun bu səhlənkarlığına görə dövlətə dəyən ziyanları ortaya qoyub Eldar Mahmudovu istintaqa cəlb etmək olar. Amma bu gün bizim ”Eldar Mahmudov niyə istintaqa cəlb olunmur" deyib fal açmağımıza ehtiyac yoxdur. Bu gün hərə bir pərdəarxası, kluar söhbətlərinin nədən ibarət olması, Beynəlxalq Bankın pullarının geri qaytarılmasına görə bu adamın azadlıqda olması fikirlərini deyir. Amma bu gün Eldar Mahmudovun nədən azadlıqdan olmasını dəqiqliyi ilə buna səlahiyyəti olan şəxs bilə bilər".
E.MƏMMƏDƏLİYEV
Oxşar Xəbərlər
Eldar Mahmudovun qohumu barəsində 3 aylıq həbs qərarı verildi
Eldar Mahmudovun əmisi oğlu vəzifəsindən azad olunub? - yenilənib - FOTO
Rabitədə MTN-lə bağlı əməliyyat - Eldar Mahmudovun qohumu "vuruldu"
Arif Məmmədov: “Eldar Mahmudov İsrail kəşfiyyatı ilə bağlı idi”
Xəbər lenti
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq