Dövriyyədə manat kütləsi artıb

 

Bu ilin birinci yarısında manatla pul kütləsinin dinamikası dollarlaşma proseslərinin səngiməsi fonunda formalaşıb.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı "Pul siyasəti" icmalına istinadla xəbər verir ki, hesabat dövründə manatla pul bazası 11,4 faiz artaraq yarımilliyin sonuna 7689.4 milyon manat təşkil edib.

İcmalda deyilir ki, hesabat dövrü ərzində pul bazasının artımının komponentləri olan dövriyyədə olan nağd pul kütləsi (bank sistemindən kənar nağd pul və bankların kassalarındakı nağd pul) 16,4 faiz artıb, manatla müxbir hesablar isə 7,6 faiz azalıb.

Bank sisteminin pul yaratma qabiliyyətini ifadə edən pul multiplikatoru 1,4 faiz artaraq 1.28 səviyyəsinə yüksəlib. Bununla əlaqədar olaraq, manatla pul kütləsinin artımı pul bazasının artımını üstələyib. Birinci yarım il ərzində manatla geniş pul kütləsi (M2) 13 faiz artaraq dövrün sonuna 9806.5 milyon manat olub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}