Şəhərin meri məktəbi yandıran azyaşlının müdafiəsinə qalxdı : “Bir səhvə görə...” - FOTO

 

Rusiyanın Krasnodar şəhərində dördüncü sinif şagirdi oxuduğu məktəbdə yanğın törədib.

"Yuqopolis” agentliyi məlumat verir ki, araşdırma zamanı yanğının 10 yaşlı şagird tərəfindən törədildiyi məlum olub.

Küçədən tapdığı alışqanla ehtiyatsız davranan azyaşlı asılqanda olan gödəkçələrdən birini yandırıb. Cəzalandırılacağından qorxan məktəbli hadisə haqda məlumat verməyib. Yanğının əhatə dairəsi böyüyəndən sonra məktəbin siqnalizasiya sistemi işə düşüb.

524 şagird  və 60 müəllim məktəbdən təxliyə edilib. Xəsarət alan olmasa da, bəzi şagirdlərin gödəkçələri yanaraq yararsız hala düşüb.

Hadisə ilə əlaqədar cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Krasnodar şəhərinin meri yanğını törətməkdə günahlandırılan azyaşlının müdafiəsinə qalxaraq, dəyən maddi zərəri ödəməyə hazır olduğunu bildirib.

Mer bir səhvə görə 10 yaşlı uşağı mühakimə etməyi səhv olduğu qənaətindədir.

Oxu.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}