Prezident daha 3 quruma sədr təyin edəcək – Nazirlər Kabinetində boş qalan vəzifələr

Prezident daha 3 quruma sədr təyin edəcək – Nazirlər Kabinetində boş qalan vəzifələr

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında son iki sərəncamından sonra ölkə başçısının qarşıdakı 7 ildə kimlərlə işləyəcəyi aydınlaşdı.

Belə ki, bu sərəncamlarla Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərliyinə təyinatlar həyata keçirildi. Bu təyinatlar sırasında gözlənilənlər də var, gözlənilməyənlər də.

Sozcu.info-un modern.az-a istinadən məlumatına görə, yaxın günlərdə daha 3 qurumun rəhbərliyinə təyinat üçün sərəncam veriləcəyi gözlənilir. Bunlar aşağıdakılardır.

Milli Arxiv İdarəsinin rəisi –

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri –

Əqli Mülkiyyət Agentliyinin sədri –

Qeyd edək ki, son iki qurum ölkə başçısının ötən həftəsonu imzaladığı sərəncamlar əzasənda yaradılıb. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Bununla yanaşı, Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi də yaradılıb. Ləğv edilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri bu qurumlar arasında bölüşdürülüb.



Oxşar Xəbərlər

Xəbər lenti