“İndi nə edək, at-araba nəqliyyatına qayıdaq?” – Gürcü maşınları haqda daha bir şərh

“İndi nə edək, at-araba nəqliyyatına qayıdaq?” – Gürcü maşınları haqda daha bir şərh

 

"Dövlət Gömrük Komitəsi rəhbərliyinin ən son mətbuat konfransında əsas mövzu avtomobillərin dövriyyəsi oldu. Maraqlı və ziddiyyətli fikirlər sələndi. Onlardan bəzilərini real vəziyyətlə təhlil edəndə daha ciddi ziddiyyətlər ortaya çıxır”.

"Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. O, bildirib ki, 2018-ci ilin yekununa əsasən, ölkəmizə 1 milyon 170 min 672 ədəd minik avtomobili olub. Onların təxminən 76,6 %-inin (896307 ədəd) yaşı 10 ildən yuxarıdır. 

"Ən acınacaqlısı isə odur ki, bu avtomobillərin təxminən 42,2 %-i (482112 ədəd) sovet dövrünün marka və modelləridir (Zaporojets, Oka, VAZ-ın köhnə modelləri, QAZ, UAZ və s.). 

Hələ bura Avropa, Asiya, ABŞ istehsalı olsa da, 1980-90-cı illərin avtomobillərini də əlavə etsək, lap qorxunc olar.

Məncə, yol hərəkəti təhlükəsizliyi baxımından bunu şərh etməyə ehtiyac yoxdur, çünki vəziyyət təxminən belədir: "metallom” üzərində şütüyürük.

Son 3-4 ildə avtomobil idaxlı ilə bağlı maliyyə-gömrük siyasətindən və Komitənin son açıqlamalrından aydın olur ki, ölkəyə avtomobil idxalı şərtləri bir qədər də sərtləşəcək (məsələn, deyilir ki, yaşı 7-dən artıq olan avtomobillərin idaxlı qadağan ediləcək və s.). Özü də az qala heç bir fərq qoyulmadan. Elektromobilər və hibridlər üçün də hər hansı güzəşt və xüsusi təşviqdən söhbət getmir...

Yaxşı tutaq ki, bunu ekoloji, yol hərəkəti və digər təhlükəsizlik məqsədi ilə edirsiniz. Amma cəmiyyətin mobilliyi də təmin olunmalıdır axı, insanlar indiki dinamik zamanda nəqliyyat ehtiyaclarını ödəməlidirlər. Kimsə deyə bilər ki, buyursunlar, avtobusla hərəkət etsinlər. Onda gəlin avtobus parkımıza baxaq. Yenə də rəqəmlər.

2018-ci ilin yekununa əsasən, ölkəmizə 30 min 704 ədəd avtobus olub (şəhərlərarası, şəhərdaxili marşrutlarda, ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsində). Onların təxminən 80,2 %-inin (24620 ədəd) yaşı 10 ildən yuxarıdır. Deməli, avtobus parkı lap dəhşət vəziyyətdədir. Xatırlatmaq istəyirəm ki, yol hərəkəti təhlükəsizliyinə ciddi qayğı göstərən ölkələr yaşı 10-dan artıq olan avtobusu sərnişindaşımaya buraxmır. Ən maraqlısı odur ki, ötən il sıxılmış qazala işləyənlər istisna olmaqla, avtobuslara da aksiz vergisi tətbiq olundu, dizel və benzin mühərrikli avtobuslar üçün idxal gömrük ödənişləri xeyli artdı.

Maraqlı bir sual çıxır: Cənablar, biz mobilliyimizi necə təmin edək? At-araba nəqliyyatına qayıdaq?..

Hesab edirəm ki, belə yanaşma "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda ortaya qoyulmuş siyasətə aşkar şəkildə ziddir. Çünki Proqramda da əhalinin mobilliyinin təmin olunması, ekoloji cəhətdən təmiz (hibrid, elektromobil və s.) nəqliyyat vasitələrini idxalının və istifadəsinin stimullaşdırılması nəzərdə tutulur. Ona görə də düşünürəm ki, hazırda qüvvədə olan rüsumlara, idxal şərtlərinə yenidən baxılmalıdır. Xüsusən avtobusların, hibrid və elektromobillərin idxalı xeyli asanlaşdırılmalıdır. Digər daxili yanma mühərrikli avtomobillərin idaxalı da rasional şəkildə asanlaşdırılmalıdır”.



Oxşar Xəbərlər

Xəbər lenti