8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikasının inzibati rayonu olan Ağdam1930-cu ilin 8 avqust tarixində yaradılıb. Qədim türk qəbilələri düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa edirdilər. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” mənasını daşıyır. XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xanın burada özünə ağ daşdan ev tikdirməsi “Ağdam” sözünə yeni məna qazandırdı.Ağdam şəhəri 1993-cü ilin iyulun 23-də daşnaqlar tərəfindən işğal olundu. 1990-cı illərdə Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə 6 minə yaxın şəhid vermişik. Bu şəhər işğaldan sonra tamamilə dağıdılıb. Tədafi deyil ki, Ağdam “Qafqazın Xirosiması” adlandırırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük səyi nəticəsində Ağdam şəhəri 20 noyabr 2021-ci ildə düşməndən azad edildi. Ali Baş Komandan Böyük Qayıdışın tərkib hissəsi kimi Ağdamınbərpası və yenidən qurulması üçün zəruri addımlar atdı. ”Ruhlar şəhəri” adlandırılan bu şəhərdə də yalnız Cüməməscidi tam dağılmayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu məscidin tam dağıldılmamasının səbəbi, ondan ermənilərin müşahidə məntəqəsi kimi istifadə etmələri olmuşdur.Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonraqlobal miqyaslı bir çox layihələrlə dünyanı heyrətləndirəbilmişdir. Onlardan biri də 2022-ci ilin oktyabrın 5-də ölkəmizdəbeynəlxalq şəhərsalma tədbirinə - Azərbaycan MilliŞəhərsalma forumuna ev sahibliyi etməsi olmuşdur. İşğaldanazad edilmiş Ağdam şəhərində və paytaxtda davam edən iki günlük tədbirdə 44 ölkədən 130-dan çox nümayəndə, ümumimillikdə isə 400 nəfərdən çox insan iştirak etmişdir. Forumda Ali Baş Komandan bir daha erməni vandalizminin iç üzünü tam dəqiqliklə beynəlxalq aləmə çatdırdı. Ali Baş Komandan qeyd etdi ki, Ağdam Xirosimada olduğu kimi atom bombasının partlaması nəticəsində deyil, “qonşularımızın” vandalizmi və bərbarlığı nəticəsində dağıldılmışdır. Cənab Prezident İlham Əliyev Forumda bir daha qeyd etdi ki, biz heç bir beynəlxalq təşkilatlardan yardım almadan quruculuq işlərinidavam etdiririk. Müzəffər Ali Baş Komandanın Forumdakıdediyi bu fikirlər hər bir vətəndaşa gələcək Azərbaycan haqqında böyük ümidlər verir. Prezident Forumda qeydetmişdir ki, “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun bunuedəcəyik. Bu bizim milli ideyamızdır”.Ali Baş Komandanın sülhün əldə olunması ilə bağlı həm Forumda, həm də 6 oktyabrda Çexiyanın paytaxtı Praqaşəhərində təklif etdiyi beş əsas prinsiplər diqqətə layiqdir. Belə ki, bu prinsiplərdə Azərbaycan tərəfi Beynəlxalq hüququn təsdiq etdiyi heç bir qaydadan kənara çıxmamış, dövlətin ərazibütövlüyünün əsas şərt olmasını bir daha diqqətə çatdırmışdır. Bu prinsiplər bunlardır:- Ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması;- Ərazi iddialarından tam çəkinmək güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək ;- dövlət sərhədlərinin müəyyən edilməsi;- kommunikasiyasların açılması.
Ali Baş Komandanın təklif etdiyi bu prinsiplər nəinki iki dövlət həm də regiondakı sonrakı inkişafa, sabitliyə böyük təkan verə bilər. Cənab Prezidentin mühüm mesajlarından biri də sülhün qorunmasına cavabdeh olan beynəlxalq təşkilatlaraidi. Ali Baş Komandan tam haqlı olaraq bildirir ki, Azərbaycanərazilərinin ermənilər tərəfindən dağıldılması, bu ərazilərdə qeyri-qanuni məskunlaşdırma, abidələrimizin və diniocaqlarımızın dağıldımasına beynəlxalq birlik ciddi reaksiyaverməmiş, erməni vandallarına qarşı heç bir əməli addımlar atılmamışdır. Bu Forumda xüsusilə vurğulamaq istədiyini ən önəmli məsələlərdən biri də Qarabağda yaşayan erməniəhalisi ilə bağlı verilən mesaj idi. Prezident qeyd etdi ki, bu ərazidə yaşayan erməni əhalisi Azərbaycan vətəndaşlarıdır. Azərbaycan özünün daxili məsələsini başqa dövlətlərlə danışıq predmetinə çevirmək niyyətində deyil. Forumda həmçininQarabağ və Zəngəzurda görüləcək iqtisadi tədbirlər, bərpa və yenidənqurma işləri haqqında iştirakçılara və beynəlxalqaləmə, ölkə vətəndaşlarına mühüm məlumatlar verilmişdir.Son olaraq sülh prosesi ilə bağlı bəzi fikirləri nəzərəçatdırmaq istəyirəm. Sülh prosesi ilə bağlı müəyyən nikbinlik var. Baxmayaraq sentyabrın 12 və 13-də baş verən toqquşmalar erməni tərəfinin hələ də revaşist əhval-ruhiyyədə olduğunun göstəricisi idi. Bu yaxınlarda Azərbaycan vəErmənistan xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülhsazişi hazırlanması ilə bağlı ilk görüşün keçirilməsinə inanmaq istəyərdik ki, erməni tərəfi nəhayət ki, özünün sutopik fikirlərindən əl çəkib real tarixi şəraiti, qüvvələr nisbətini, beynəlxalq şəraiti nəzərə alıb konstruktiv addımlar atacaq. Erməni tərəfi nəhayət dərk etməlidir ki, qonşu dövlətlərlədüşmən münasibətdə yaşamaq daim ərazi iddiaları irəlisürmək erməni dövləti üçün böyük təhlükədədir. Vaxtında atılmayan düzgün addım, qeyri-konstruktiv mövqenümayişindən daha çox zərər çəkən tərəf ertmənilər olacaq. Onsuz da son otuz ildə apardıqları siyasət nəticəsindəregiondakı bütün mühüm əhəmiyyəti beynəlxalq layihələrdənkənarda qalmaları ilə nəticələnib. Bunun sabahı da belə ola bilər. Çünki regionda həyata keçiriləcək hər bir əhəmiyyətlilahiyələr Azərbaycan olmadan baş tuta bilməz. Nəhayəterməni tərəfi bunu dərk etməli, sülhün bərpa olunması üçünəməli addılmlar atmalıdır.
Ali Baş Komandanın Praqa görüşündən sonra televiziyakanallarına verdiyi müsahibədə, tezliklə sülhün təmin olunmasına ümidlər yaradır. “Nazirlər tezliklə ikinci dəfəgörüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkəninişçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yənibizim niyyətimiz bundan ibarətdir.”-deyə dövlətimizin başçısı vurğulayıb. Ali Baş Komandanın bu fikirləri Azərbaycanmillətinin əzəmətinin, qürurunun, sədaqətinin və dinc yaşamaqprinsipinə əməl etməsinin bariz nümunəsidir. Bu haqq yolundahamımız dövlətimizə dəstəyi əsirgəməməliyik.
Mahir Heydərov
Suraxanı rayonu, Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbin tarix müəllimi