8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Respublikamızın tarix boyu inkişafı istiqamətində yaranan problemlərə nəzər yetirsək, görərik ki, həlledici məqamlarda xalqın önündə gedən nümayəndələr öz vəzifələrini lazımı səviyyədə yerinə yetirə bilmədilər. Müstəqil Azərbaycanın ən böyük nailiyyəti dahi siyasi lider Heydər Əliyevin ölkəni siyasi çəkişmələr meydanına çevrilməkdən, iqtisadi tənəzzüldən xilas edərək inkişaf yoluna qətiyyətlə çıxarması, müstəqilliyimizin əbədi olmasına möhkəm zəmin yaratması oldu. Heydər Əliyev “öz ömrümün qalan hissəsini də xalqıma bağışlayaram ”deməklə öz amalına, siyasi əqidəsinə nə qədər sadiq olduğunu nümayiş etdirdi.İnsanı özündən sonra yaşadan həyatdakı əməlləri və onun adına layiq övladıdır. Dahi şəxsiyyət ulu öndərin özündən sonra Azərbaycan xalqına yadigar qoyduğu layiqli varisi, onu qəlblərdə yaşadan İlham Əliyevdir. 2003-cü il 15 oktyabr tarixində xalq birlik olaraq Heydər Əliyev siyasi kursunun varisi, müasir Azərbaycanın uğurlu gələcəyinin lideri İlham Əliyevi seçdi. İlham Əliyev bu gün hərb meydanını sərkərdə kimi, siyasi arenaları müdrik diplomat kimi fəth edir. “Heydər Əliyev tərəfindən Azərbaycanda yaradılmış iqtisadi inkişaf o qədər gözəldir ki, yeni nəticələr əldə etmək üçün çox yaxşı şərait yaradılmışdır. Əlbəttə hamıdan tələb edirəm ki, öz işinə məsuliyyətlə yanaşsın, öz vəzifə borcunu vicdanla yerinə yetirsin. Biz Azərbaycan xalqı üçün işləyirik.” –cənab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilk iclasındakı bu çıxışı Azərbaycanın iqtisadiyyatının inkişafını təmin edə biləcək konkret proqrama malik olduğunu təsdiqləyirdi.Son illər Azərbaycanın sosial-iqtisadi qüdrəti dəfələrlə artıb,dünyadakı proseslərə təsir etmək gücünə malikdir. Respublikamızın iqtisadi inkişafına, bəşəri əhəmiyyətli enerji layihələrinin reallaşdırılmasına görə regionda lider, dünyada söz sahibi ölkəyə çevrilib. Bunu 2022-ci il 6 oktyabr tarixində Praqada keçirilən Avropa İqtisadi Şurasının iclasında dövlət başçısının qətiyyətli mövqeyi, öz prinsiplərini diktə etməsi sübut etdi. Azərbaycanın mütəqilliyinin qorunması və möhkəmləndirilməsi təkcə xalqımızın deyil, həm də Qafqazın gələcəyi üçün etibarlı təminat verir. Respublikamızın günbəgün artan nüfuzu beynəlxalq proseslərə təsir etmək imkanını artırır. Bütün bunlar əlbətdə məqsədyönlü siyasətin nəticəsidir. Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycandakı möhkəm sabitlik dünya dövlətlərinin ölkəmizə marağını artırır. Dünyanın aparıcı dövlət başçıları, iqtisadçıları, xarici KİV-lər Azərbaycanın çox qısa zamanda qazandığı bu uğurların arxasında İlham Əliyevin qətiyyətində, uzaqgörənliyində, uğurlu balanslaşdırılmış xarici və daxili siyasətində görür.
Prezident İlham Əliyevin sahibkarlığın inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşdirməprosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. O, sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar,ölkənin demokratikləşdirməsi istiqamətində gedən yüksəlişlə paralel şəkildə davam etdirilməsinə xüsusi önəm verir. Azərbaycandakı bu inkişaf Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin ədalətli, dövlətin ərazi bütövlüyü prinsipi ilə həll edilməsi ilə nəticələndi.Müasir milli ideyanı təmin edən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi kimi hiss edir, özündə inkişaf üçün qüvvə görür, güclü dövlətin, güclü liderin varlığını hiss edir, onun arxasında Dəmir Yumruq kimi dayanır.Təranə Tahirova
Suraxanı rayonu 114 №li tam orta məktəbin tarix müəllimi