Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində bayram tədbirində çıxışı

Bildiyimiz kimi 26 avqust tarixində Laçın şəhərində “Laçın Şəhəri Günü” bayram tədbiri keçirilmiş və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış etmişdir.
Çıxışda laçınlıları salamlayaraq başlayan cənab prezident Laçın rayonunun işğaldan azad olunmasından bəhs etmiş və Laçında ilk dəfə Şəhər gününün qeyd olunduğunu vurğulamışdır. Laçının tarixi keçmişindən, 31 il öncə bu şəhərin işğalının Dağlıq Qarabağı hansı təhlükə altında qoyduğundan bəhs edən prezidentimiz bu müqəddəs torpaqların geri qaytarılmasında vuruşan, canlarını fəda edən şəhidlərimizi də unutmamış, onların şücaətindən bəhs etmişdir. 
Bu gün Laçına gəlmiş hər bir vətəndaş Rəsmi İrəvanın hərbi cinayətinin şahidi ola bilər. Laçında Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdilər.
Artıq laçınlılar öz doğma torpaqlarında qürurla yaşayırlar, bu onların haqqıdır. Laçının azad olunması müharibəsiz mümkün deyildi. Bəli, biz müharibə etmişik. Bu ədalətli müharibə idi. Çünki biz öz torpaqlarımız uğrunda vuruşmuşuq.
Azərbaycan qurub-yaradan xalqdır deyə çıxışına davam edən cənab prezident Laçının bərpa işlərinə keçən ilin oktyabr ayından başlanıldığını bildirmiş və 8 ay müddətində Laçın şəhərini qurub yaratmaq, bu həm xalqımızın iradəsini həm də istedadını göstərir.
Sonra prezidentimiz yaxın keçmişi xatırlatmış 50 illik yubleyində laçınlılarla Ağcabədi görüşündə onlara verdiyi sözü xatırlatmışdır. Həmin vaxt Laçına dönəcəklərini və burada ordan da gözəl həyatları olacağını bildirən cənab İlham Əliyev indi həmin sözün reallaşdığını bildirmiş, xalqımızın bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacağını, öz doğma torpağında qurub-yaradacağını söyləmişdir. “Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük”
Cari ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir fikri bir daha cənab prezident tərəfindən vurğulanmışdır.

Kəmalə Məhərrəmova

Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti