“ARTIQ NEÇƏNCİ DƏFƏDİR, BƏSDİRİN ARTIQ…” – Fazil Məmmədov danışdı - YENİLƏNİB

Sabiq vergilər naziri Fazil Məmmədov infarkt keçirməsi və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“ARTIQ NEÇƏNCİ DƏFƏDİR, BƏSDİRİN ARTIQ…” – Fazil Məmmədov danışdı - YENİLƏNİB

 

Sozcu.info  xəbər verir ki, bizimyol.info-ya açıqlama verən nazir məlumatın yalan olduğunu bidirib. "Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldır. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”.

Qeyd edək ki, yayılan xəbərlərdə bildirilirdi ki, sabiq nazirin qəfildən ürəyi tutub və o Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

***

Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov xəstəxanaya yerləşdirilib. Qəfildən ürəyi tutan keçmiş nazirin infarkt keçirdiyi bildirilir.
Ötən gün Fazil Məmmədovun Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi barədə xəbər yayılmışdı. Faktor.az-ın məlumatına görə isə keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunur.

Sayt xəstəxana ilə əlaqə saxlayıb. Tibb müəssisəsindən bildirilib ki, sabiq nazir heç bir əməliyyat keçirməyib və hazırda xəstəxanada müalicə alır.

İddialara görə Gəncə Beynəlxalq Xəstəxanası Fazil Məmmədova aiddir.

Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.

***

Sozcu.info  bildirir ki, Mərkəzi Gömrük Hospitalından publika.az-a verilən məlumatda yayılan xəbərin doğru olmadığı bildirilib: "Sabiq nazirin hospitala yerləşdirilməsi barədə məlumat yalandır".

***

Dünən axşam saatlarında sabiq vergilər naziri Fazil Məmmədovun qəfildən ürəyi tutub.

Sabiq nazir Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Fazil Məmmədovun vəziyyəti barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur. /a24.az/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}