7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Cəlilabad rayonunda 8 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.info Lent.az-a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili 2018-ci il təvəllüdlü S.Mustafayevi vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.