Cavid Qurbanov Sabir Məhərrəmovla yollarını ayırır

Cavid Qurbanov Sabir Məhərrəmovla yollarını ayırır

"Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunada ciddi kadr dəyişikliyi həyata keçirəcəyi, bəzi məmurlarla yollarını ayıracağını yazmışdıq. O zaman qeyd etmişdik ki, Cavid Qurbanov ilk öncə "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində öz mövqelərini məhkəmləndirmək məqsədilə Cəmiyyət sədrinin müavinlərini öz kadrları ilə əvəzləyəcək. Artıq Cavid Qurbanova öz planını həyata keçirə bilib və "Azərbaycan Dəmir Yolları”QSC-nin rəhbərliyi artıq eyni komandanın üzvülərindən ibarətdir. Məlumatlara görə, Cavid Qurbanov indi də "Azərbaycan Dəmir Yolları” QSC-yə daxil olan maliyyələrin idarə olunmasında və xərclənməısində mühüm rol oynayan strukturların rəhbərliyində kadr dəyişikliyinə hazırlaşır. Cavid Qurbanovun tezliklə "Azərbaycan Dəmir Yolları” QSC-nin strukturuna daxil olan "Əsaslı tikinti və texniki nəzarət” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Sabir Məhərrəmova yollarını ayıracaq. Məlumata görə, Cavid Qurbanov Sabir Məhərrəmovu fəxri təqaüdə göndərməyə çalışır. Bunun üçün onun əlində güclü əsas da var. Belə ki, Sabir Məhərrəmovun təqaüd yaşının çatması Cavid Qurbanovun işinə yaraya bilər. Əgər Sabir Məhərrəmov fəxri təqaüdə getməkdən imtina edib, müqavimət göstərmək istəsə Cavid Qurbanov "Əsaslı tikinti və texniki nəzarət” MMC-nin fəaliyyətini yoxlada bilər. Bu zaman isə ciddi maliyyə pozuntuları ilə bağlı məlumatlar üzə çıxa bilər. "Əsaslı tikinti və texniki nəzarət” MMC-nin maliyyə işlərindəki bəzi maliyyə fırıldaqları ilə bağlı redaksiyamıza daxil olan məlumatlarla bağlı geniş araşdırma aparırıq və hazır olanda oxucularımıza təqdim edəcəyik. Araşdırma mövzusu olan həmin faktlarla bağlı "Azərbaycan Dəmir Yolu” QSC-nin sədri Cavid Qurbanovun da mövqeyini öyrənməyə çalışacaıq. 

"Yeni SÖZÇÜ” QƏZETİ 



Oxşar Xəbərlər

Xəbər lenti