Eldar Mahmudov məmurları necə özündən asılı salıb

Eldar Mahmudov məmurları necə özündən asılı salıb

Sabiq nazirin villarını kim və niyə tikib?

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və MTN-nin bir bəzi yüksək vəzifəli məmurlarının daxil olduğu qrup dövlət aparatında təmsil olunan orta və yüksək çinli məmurları, iri şirkət rəhbərlərini özlərindən asılı salmaq üçün əvvəlcə həmin şəxslərin zəif yerlərini tapmağa çalışıblar. Bunun üçün onların və ailə üzvülərinin telefon danışıqları izlənilib. Eyni zamanda bu məqsədlə MTN-nin agent şəbəkəsindən istifadə edilməsi haqqında narahatlıqlar var. İddia olunur ki, MTN-nin sabiq rəhbərliyi özlərinə lazım olan hər hansısa bir işi gördürmək üçün də pul xərcləməmək üçün ayrı-ayrı iri tikinti şirkətlərin rəhbərləri, nazirlik, komitə və Qapalı Səhmdar Cəmiyyətlərin tərkibində olan tikinti idarələrinin rəhbərləri də şantaj olunaraq onlardan lazım olan işləri həyata keçirmək tələb olunub. Bu zaman hətta şantaj olunan şəxslərin özləri ilə bağlı bir ciddi əsas tapmayanda onun yaxın qohumları hədəfə götürülüb və onların əmələrində kompramat xarakterli məqamlar tapılıb və bundan istifadə olunub.

Məlumata görə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dəmir yollarının  və texniki qurğularının təmir-tikinti Departamentinin rəhbərliyinin də eyni ilə MTN-nin sabiq rəhbərliyi tərəfindən şantaj olunaraq bir sıra tikinti işlərin həyata keçirməyə vadar ediliblər. Səhmdar Cəmiyyətin dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentinin rəhbərliyinin hansı məqamlarla bağlı şantaj olunması ilə bağlı ilginc məqamlar var. Həmin məqamları araşdırmağa çalışırıq. Hələlik isə qeyd edək ki, MTN-nin sabiq rəhbərliyi bu şantajla özlərinin bəzi tikinti işlərini bu "Azərbaycan Dəmir Yolları” QSC-nin dəmir yollarının və texniki qurğuların təmir-tikinti Departamentinin rəhbərlərinin boynuna qoya bilib. İddialara görə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun Xızı rayonunda tikilən mülkün hasarlarını təmir-tikinti Departamentinin baş mühəndisi İsmayıl Saralov rəhbərlik edib.  Bakının Badamdar qəsəbəsindəki villaları və hasarları da məhz bu qurumun rəhbərliyinin boynuna qoyulub. Məlumata görə, bütün bu məlumatlar "Azərbaycan Dəmir Yolları” QSC-nin indiki sədri Cavid Qurbanov bu məsələ ilə bağlı məlumatlandırılıb. İndi Cavid Qurbanov Eldar Mahmudovun şantajına məruz qalan Departament rəhbərliyi ilə yollarını ayırmaq niyyətindədir.

 Məlumatı geniş araşdırmağa çalışırıq və adları qeyd edilən qurumun rəhbərliyinin mövqeyini də öyrənməyə çalışacağıq.

 


"Yeni Sözçü” qəzeti

 



Oxşar Xəbərlər

Xəbər lenti