8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Amerikalı alim və tibbi eksperti, məhkəmə ekspertizası üzrə ABŞ-ın nüfuzlu mütəxəssislərindən olan Bennet Omal güman edir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonu zəhərləyiblər. Bennet Omal Twitter səhifəsində yazdığı bu sözlər belə düşünməyə əsas verir: "Mən Klintonun qərargahına təklif edərdim ki, xanım Klintonun qanının toksik analizi həyata keçirilsin. Mümkündür ki, onu zəhərləyiblər”. Bu sözlərdən sonra nüfuzlu alim xanım Klintonu kimlər tərəfindən bu sui-qəsədə məruz qala biləcəyinə də işarə edib: "Mən cənab Putinə və cənab Trampa etibar etmirəm. Bu iki şəxs hər şeyə qadirdir”.
Qeyd edək ki, 11 sentyabr terrorunun il dönümü münasibəti ilə Nyu-Yorkda düzənlənən tədbirdə xanım Klintonun səhhəti qəfil pisləşmişdi. Bundan sonra Demokratlar Partiyasının namizədinin zəhərlənmə ehtimalı barədə açıqlamalar meydana çıxıb. Özü də bu barədə şübhələri olan tibb eksperti Bennet Omal tək deyil. Bir zamanlar SSRİ DTK-sının Andropov adına Xarici Kəşfiyyat İnstitutunda Putinlə eyni kursda oxumuş Yuri Şvets Ukraynanın gordonua.com saytına açıqlamasında deyib ki, xanım Klintonin zəhərlənməsində Kremlin əlinin olmasını istisna etmir. Keçmiş sovet xəfiyyəsi, hazırda ABŞ-da maliyyə analitiki olan Şvets bildirib ki, Rusiya diktatoru Ağ Evin yeni sahibi kimi Trampı görür və bunun üçün istənilən addıma hazırdır. Şvets hesab edir ki, seçki kompaniyası aparan xanım Klinton daima çoxsaylı insanların əhatəsində olur və bu zaman onu zəhərləmək və ya yoluxdurmaq da çətin iş olmaqdan çıxır.
Keçmiş sovet xəfiyəsi Litvinenkonun Londonda zəhərlənməsi əməliyyatının arxasında rəsmi Moskvanın dayanması tam sübut olunduğu üçün ABŞ prezidentliyinə namizəd Hilları Klintonun Rusiya diktatorunun sifarişlə zəhərlənməsi heç kimi təəccübləndirməməlidir. Digər tərəfdən xanım Klinton ABŞ-ın hazırkı prezident seçkilərində Rusiya əleyhinə, xüsusilə də onun diktatoruna qarşı çox sərt tənqidi çıxışları ilə rəqibi Trampdan tamamilə fərqlənir. Tramp Putinin ünvanına təriflər dediyi bir zamanda xanım Klinton Rusiya diktatorunu çox sərt ifadələrlə tənqid edir. Buna görə onun Putinin sifarişi ilə zəhərlənmə ehtimalı istisna edilmir. İndi heç kim Rusiya diktatorunun hansı məntiqlə hərəkət etdiyini anlaya bilmir və bu zaman mərhum Boris Berizovskinin Putini nəzərdə tutaraq "idiotun məntiqini müəyyən etmək çətindir” deyimi yada düşür. Yeri gəlmişkən Boris Berizovskinin ölümünün də təsadüf olmadığını iddia edənlər var.
Putinin keçmiş tələbə toldaşı Yuri Şvets isə gordonua.com-a açıqlamasında belə deyib: "Sizin Rusiya prezidenti adlandırdığınız bu debil bütün planlarını Trampın qələbəsinə bağlayıb və buna görə hər bir addıma hazırdır”.
Ukrayna mətbuatında yer alan bu ilginc açıqlamalara münasibət bildirən politoloq Xəqani Cəfərli hesab edir ki, Putinin addımlarının məntiqini anlamaq həqiqətən mümkün deyil. Rusiyada hökumət təhsil, səhiyyə, sosial layihələri maliyyələşdirmək üçün, hətta anti böhran proqramını icra etmək üçün pul tapa bilmir. Pensiyaçıların tələblərinə cavab olaraq "Pul yoxdur, ancaq siz dözün” cavabı verilir, Putin iqtidarı isə Suriyadakı axmaq və Moskvanın özünün maraqları baxımından da zərərli olan hərbi kompaniyaya on milyardlarla pul sərf edir. Belə vəziyyətdə həqiqətən də onun hansı məntiqlə, hansı addımı atacağını müəyyən etmək qeyri-mümkündür. Politoloq hesab edir ki, Demokratlar Partiyasının serverlərinə edilən kiber hücumlarda Rusiya izinin tam sübut olunduğunu nəzərə alanda, Moskvanın şəxsən xanım Klintonla bağlı hansısa planlarının olması da tam istisna edilə bilməz və Putini çox yaxından tanıyan Yuri Şvetsin sözlərinə laqeyd yanaşmaq olmaz.
Xəqani Cəfərli hesab edir ki, Tramp prezident ola bilməsə Rusiya son iki ildə etdiklərinin bədəlini çox ağır şəkildə ödəyəcək. "Putini və onun ətrafının terror, sui-qəsd və hərbi cinayətlər kimi ağır ittihamlarla üzləşməsinin qarşısını ancaq ABŞ-da Tramp kimi kəmağılın , Avropada ifrat sağların hakimiyyətə gəlişi xilas edə bilər. Putin indi bütün gücü ilə buna çalışır”.
Vəfa Qafarova