8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakının Dənizkənarı Milli Parkında ötən ay paytaxtda keçirilən Formula-1 yarışı ərəfəsində fəaliyyəti dayandırılan fəvvarələr hələ də işləmir. Gözəl görünüşü ilə zövq oxşayan fəvvarələr həm də isti yay günlərində dincəlmək üçün bulvara üz tutanların sərinlik mənbəyi idi.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov virtualaz.org-a açıqlamasında, ərazidə yerləşən fəvvarələrin Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansında olduğunu deyib.
Bulvar ərazisində 3 fəvvarə olduğunu deyən N. Məcidov bunların bir aydan çoxdur işləmədiyini təsdiqlədi: "Bulvarda Muzey Mərkəzinin və "Azneft”in qarşısında yerləşən fəvvarələr və "7 gözəl” fəvvarəsi var. Bu ərazi özü BŞİH-ə aiddir, bulvarda yerləşən bütün fəvvarələrin quraşdırılmasına, fəaliyyətinə, qrafikinə onlar nəzarət edirlər. Bulvardakı fəvvarələr Formula-1 yarışı ərəfəsində bağlanıb, onların üzərində səhnələr quraşdırılıb. Fəvvarələrin nə vaxt fəaliyyətə başlayacağını onlardan soruşun”.
Bakı Şəhər İcra Hakimiyyətində isə fəvvarələrin onlara aid olduğunu bilmirlər. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədovavirtualaz.org-a açıqlamasında bu suala cavabının olmadığını bildirdi: "Bu məsələni Bakı Bulvar İdarəsindən soruşun. İdarənin rəisi və ya rəis müavini cavab verə bilmir? Ərazi İcra Hakimiyyətinə aid olsa da, olmasa da, onlar cavab verməlidirlər. Mənim bununla bağlı cavabım yoxdur. Məndə fəvvarələrin fəaliyyət qrafiki ilə bağlı cədvəl də yoxdur”.