Sabahdan hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək


Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info-ya verilən məlumata görə, bu müddətdə sözügedən ərazilərdə fasilələrlə yağıntı olacaq.

Sinoptiklərin proqnozuna əsasən, ayrı-ayrı yerlərdə yağıntılar lokal leysan xarakteri daşıyacaq, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Məlumatda həmçinin bildirilib ki, intensiv yağıntılar səbəbindən bəzi dağ çaylarında sululuğun artması da gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti