Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Səlim Müslümov Hacı İbrahimin qarşısında aciz qalıb
Dövlət Əmək Müfəttişliyi Xidməti ilə oliqarxı hansı tellər bağlayır?
“MTN işi” yalnız Eldar Mahmudovun nazir olduğu vaxt Milli Təhlükəsizlik Nazirliyində baş verən cinayətləri üzə çıxarmaq baxımından əhəmiyyətli deyil. Bu “MTN işi” həm də ayrı-ayrı dövlət strukturularının fəaliyyəti ilə bağlı səslənən tənqidlərə vaxtlı-vaxtında reaksiya verməməyin hansı ağır nəticələrə gətirib çıxaracağını bir daha sübut etdi. Bu baxımdan ayrı-ayrı dövlət qurumları haqqında səslənən tənqidlər ciddi araşdırılmalı, neqativ halların dərinləşərək proses halına çevrilməsinin qarşısını almalıdır.
Son zamanlar redaksiyamıza daxil olan məlumatlara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin hansı səbəbdən iflic vəziyyətə düşməsinə aydınlıq gətirəcəyik.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnaməyə görə, Xidmət mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Ancaq bu yalnız kağız üzərində belədir və reallıqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ayrı-ayrı oliqarxların, iş adamlarının və sahibkarların maraqlarının müdafiəçisidir. İctimaiyyətin Hacı İbrahim
Nehrəmli kimi tanıdığı, İbrahim İbrahimovun prezidenti olduğu “Avesta Konserni” MMC-də işləyib, ancaq əmək haqqlarını ala bilməyən işçilərinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova yazdıqları şikayət ərizəsinə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmlərinin şikayətçilərə verdikləri cavab bu qurumun oliqarxların və zənginlərin müdafiəçisinə çevrildiyini də, nazir Səlim Müslümovun aciz duruma düşdüyünü də çox bariz şəkildə ortaya qoyur. “Avesta Konserni” MMC-də işləyib, ancaq Hacı İbrahim Nehrəmlidən əmək haqqlarını ala bilməyən Rufan Həsən oğlu Qasımov və Süleymanov Ağababa Həsən oğlu əmək hüquqlarının bərpa olunmasına yardım etməsi məqsədi ilə ayrı-ayrılıqda Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edirlər. Nazirlikdən isə hər iki şəxsin ərizəsi ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilir. Xidmətdən isə aidiyyatı üzrə 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilir. 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədovun şikayətçilərə və ərizəsi ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Əlizadəyə göndərdiyi məktublar
dövlətin mühüm strukturlarından birinin kredit oliqarxı qarşısında necə aciz duruma düşdüyünü göstərir. Şəhidlərin qanı bahasına qurulmuş dövlətin belə acınacaqlı vəziyyətə düşməsinə etinasız qalmaq mümkün olmasa da, görünür ki bu vəziyyət nazir Səlim Müslümovu azacıq da olsa narahat etmir. Yaranmış vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərmək üçün 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhədovun imzası ilə şikayətçilərdən birinə, Rufan Həsən oğlu Qasımova, sürəti isə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Əlizadəyə göndərdiyi məktubla tanış olmaq yetərlidir. Aqşin Əhmədov şikayətin araşdırılması ilə bağlı cavab məktubunda yazır: “Sizin “Avesta Konserni” MMC-dən əmək haqqı borcunuzu ala bilməməyinizlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətiniz 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən araşdırıldı. Məlum oldu ki, Müəssisənin Sizə əmək haqqı borcu yaranmışdır. Müəssisə rəhbərliyinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə ünvanladığı 146 nömrəli, 19. 10. 2015-ci il tarixli məktubunda Müəssisənin Sizə yaranmış borcunu növbəti ilin yanvar ayınadək ödəniləcəyinə zəmanət vermişlər”. Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına tamamilə ziddiyət təşkil edən belə bir cavab məktubu Səlim Müslümovun başçılıq etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin necə aciz durumda olduğunu göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun vətəndaşların əmək hüquqlarını qoruya bilmədiyini və kredit oliqarxı qarşısında aciz duruma düşdüyünü 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Aqşin Əhmədovun başqa bir şikayətçiyə, Ağababa Süleymanova ünvanladığı cavab məktubu da bir daha təsdiq edir. Belə ki, Aqşin Əhmədov S-1383 saylı, 05.10.2015-ci li tarixli məktubunda Ağababa Süleymanova yaranmış vəziyyətlə bağlı məhkəməyə müraciət etmək hüququ olması haqqında məlumat verir. Bu iki məktub Dövlət Əmək Müfəttişliyi Xidmətinin bir dövlət strukturu kimi tamamilə iflas etdiyini, bu qurumun fəaliyyətinə əsas cavabdeh şəxs olan nazir Səlim Müslümovun isə vəziyyəti dəyişmək gücündə olmadığını çox bariz şəkildə göstərir.
Hacı İbrahim Nehrəmli tərəfindən hüquqları pozulan “Avesta Konserni” MMC-nin sabiq əməkdaşları bildirirlər ki, dövlət qurumlarının kredit oliqarxı qarşısında aciz duruma düşməsi səbəbsiz deyil. Hacı İbrahim Nehrəmli zamanında bütün dövlət qurumlarında öz adamlarını yerləşdirdiyini və onların hesabına problemlərini həll etdiyini işçilərinin yanında dəfələrlə dilə gətirib. Belə görünür ki, Hacı İbrahim Nehrəmlinin bu sözləri əsassız deyilmiş. Çünki, “Avesta Konserni” MMC-də əmək hüquqları pozulanların şikayətləri bir qayda olaraq 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müfəttişi Yunus Ələkbərova həvalə olunur. Yunus Ələkbərov isə Hacı İbrahim Nehrəmlinin kredit üzərində qurulmuş biznes imperiyasının tərkib hissəsi olan “Avesta Construction” MMC-nin direktoru Ələsgər Ələkbər oğlu Əsgərovun bacısı oğludur. VÖEN nömrəsi 1501754911 olan “Avesta Construction” MMC- i Hacı İbrahim Nehrəmlinin Nərimanov rayonu, keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsi 71 A-da ünvanında yerləşən “Avesta Konserni”nin 13 mərtəbəli binasında hüquqi qeydiyyatdadır. Əslən Nehrəm kəndindən olan Yunus Ələkbərov dayısı Hacı İbrahim Nehrəmlinin oyunlarının fəal iştirakçısıdırsa, bu müfəttişin, şikayətçilərin ərizələrini qanuna uyğun araşdıracağını gözləmək üçün yəqin ki, Səlim Müslümov kimi nazir, Fuad Əlizadə kimi xidmət rəisi, Aqşin Əlizadə kimi Müfəttişlik rəisi olmaq lazımdır. Bu üç şəxsin, yəni nazir Səlim Müslümov başda olmaqla Xidmət rəisi Fuad Əlizadənin və Müfəttişlik rəisi Aqşin Əhmədovun kredit oliqarxı Hacı İbrahim Nehrəmli qarşısında acizliyi vətəndaşlarda dövlətə inamını sarsıdır. Çox təəssüf ki, prezident İlham Əliyevin idarəçiliyi vətəndaşların nəzərində şübhə altına alınmasına imkan verənlər dövlət başçısının nazir, xidmət rəisi kimi yüksək vəzifələri etibar etdiyi şəxslərdir. Məhz belə məqamlara qiymət verilməməsi “Eldar Mahmudov fenomeni”ni doğurur.
Növbəti sayımızda:
Hacı İbrahim Nehrəmlinin “qoca kaftar” adlandırdığı dövlət rəsmisinin kimliyinə və bu şəxsin Azərbaycan Beynəlxalq Bankının kredit fırıldaqlarının üstünün açılmasındakı roluna aydınlıq gətirməyə çalışacağıq. Eyni zamanda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Hacı İbrahim Nehrəmli qarşısında aciz duruma düşməsindən, kredit oliqarxlarının prezidentin məmurları vəzifələrindən niyə azad edə bilməməsi haqqında fikirlərinin nədən ibarət olmasından növbəti araşdırmamızı oxumaqla xəbər tutacaqsınız.
“Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu
Oxşar Xəbərlər
Nazirliyin 3 əməkdaşına töhmət verildi
Səlim Müslümov vəzifəsindən istefa verdi
Əmək pensiyaçılarının sayı artıb
Əli Nağıyev “MTN əməliyyatı”ndan danışdı: “Bəzi şeyləri desəm...”
Xəbər lenti
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq