Əmək pensiyaçılarının sayı artıb

Əmək pensiyaçılarının sayı artıb
Ölkədə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 200 manata yaxındır. Bu da ölkə üzrə orta aylıq əmək haqqının 43 faizini təşkil edir.

Bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev bildirib.

Onun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə, 1 oktyabr tarixinə olan statistikaya əsasən əmək pensiyaçılarının sayı artıb:

“Ölkə üzrə əmək pensiyaçılarının sayı 2015-ci ilin əvvəlinə 1.290.882 nəfər olub. İlkin məlumatlara görə, 1 oktyabr tarixinə 1.292.591 nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə 1.709 nəfər artıb.

2015-ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 175,8 manat olub. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 200 manata yaxındır. Bu isə ölkə üzrə orta aylıq əmək haqqının təxminən 43 faizini təşkil edir”.

Şöbə müdiri bildirib ki, əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında yardım masaları yaradılıb:

“Elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilib”.


Oxşar Xəbərlər

Xəbər lenti