“MTN işi”-ndə bəzi otel və restoranların adı keçir

“MTN işi”-ndə bəzi otel və restoranların adı keçir

Akif Çovdarov məmurların və imkanlı şəxslərin özəl həyatına maraq göstərirmiş

Prezident İlham Əliyevin Fərmanla ləğv etdiyi sabiq Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin qanuna zidd əməlləri ilə bağlı yeni faktlar ortaya çıxmaqdadır. Məlumatlı şəxsin redaksiyamıza verdiyi bilgiyə görə, Rabitə və Yüksək İnformasiyalar Nazirliyinin müfaviq qrupları vasitəsilə, eləcə də internet provayderlər vasitəsilə faktiki olaraq ölkədə hər kəsi dinləyən Eldar Mahmudoun dəstəsinin insanların özəl həyatına çox böyük maraq göstərib. Məlumata görə, Eldar Mahmudovun dəstəsi, xüsusən də MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun insanların özəl həyatına böyük maraq göstərdiyi vurğulanır. İddilara görə, bütün bunlar ona imkanlı şəxsləri, xüsusilə məmurları şantaj etmək üçün gərəkli imiş. Bu məlumatın səhihliyinə şübhə etmək üçün heç bir əsasımız yoxdur. Çünki, "MTN işi” ilə bağlı indiyə qədər üzə çıxan məlumatlarda iki məqam diqqəti cəlb edir. Birinci məqam ondan ibarətdir ki, MTN-dəki banda heç kimdən çəkinmədən ölkədə demək olar ki, hər kəsi dinləyib. İddialara görə, bu banda hətta prezident İlham Əliyevi və digər dövlət rəsmilərini dinləməkdən çəkinməyib. Bu məlumat bu günə kimi rəsmən təkzib edilməyib və deməli həqiqətə uyğundur. Buradan çıxan qənaət isə ondan ibarətdir ki, MTN-dəki banda qanunları pozmaqdan, cinayət törətməkdən çəkinmədiyi kimi, heç kimdən də ehtiyat etməyib. Prezident başda olmaqla dövlət rəsmilərinin danışıqlarını dinləyən bir bandanın daha aşağı ranqlı məmurların özəl həyatını izləməsi də təəccüblü olmamalıdır. Digər tərəfdən bu günə kimi üzə çıxan məlumatlar MTN-dəki bandanın bir qayda olaraq imkanlı şəxsləri şantaj etdiyini təsdiqləyir. MTN-dəki bandanın insanları, hətta övladları və digər ailə üzvülərini də şantaj etməsi ilə bağlı iddilar var. Buna görə də MTN-dəki bandanın insanların özəl həyatına maraq göstərməməsi nonsens olardı. Məlumata görə, ölkədəki  turizm, istirahət və əyləncə mərkəzlərinin əksəriyyətində MTN-nin gizli kameraları olub. Bu kameraların quraşdırılmasını MTN əməkdaşları təhlükəsizlik tədbirləri ilə əlaqələndiriblər. Ancaq kameraların quraşdırılmasından az müddət sonra onların əsas məqsədi obyekt sahiblərinə bəlli olub. Belə ki, həmin kameralar müəyyən şəxslərin özəl həyatını çəkmək üçün istifadə olunmağa başlayanda nələrin baş verdiyi obyekt sahiblərinə aydın olub. Ancaq onlar qorxularından MTN-nin bu əməli haqqında heç bir yerə məlumat verə bilməyiblər. Buna onların MTN əməkdaşları tərəfindən qorxudulmarı da öz təsirini göstərib.

Məlumata görə, MTN-dəki bandanın əsas diqqəti isə paytaxt və paytaxt ətrafında yerləşən istirahət mərkəzlərinə, otellərə yönəlibmiş. Məlumata görə, MTN-dəki bandanın əsas diqqət verdiyi obyektlərdən biri də Bakı-Sumqayıt yolundakı Neapol Oteli olub. Bu otelin xidmətindən əsasən orta ranqlı məmurlar, iş adamları istifadə edib. Neapol Otelindəki qiymətlər imkansız təbəqə üçün əlçatmaz idi. Bundan başqa burada xidmət çox yaxşı təşkil olunub. Məlumata görə, Bakı, Abşeron və Sumqayıtın əksər məmurları özəl həyatlarını məhz bu oteldə yaşamağa üstünlük veriblər. Bu isə MTN-dəki bandanın diqqətindən yayına bilməzdi. Məlumata görə, bu Oteldə onlarla məmurun özəl həyatı videolara alınıb və sonradan onların özlərinə satılıb. Ancaq bəzi məmurlarla bağlı videolar sadəcə olaraq onları nəzrətdə saxlamaq üçün lazım olub. Məlumata görə, hal-hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində "MTN işi” ilə bağlı yaradılmış xüsusi istintaq-əməliyyat qrupunda bununla bağlı məlumatlar  var və bu məlumatlarla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Bu məlumatla bağlı Neapol Otelin rəhbərliyinin mövqeyini öyrənməyə cəhd edəcəyik. Eyni zamanda Neapol Oteldə Akif Çovdarovun qurbanına çevrilmiş məmurlarla bağlı dəqiqləşdirmələr aparmağa, onların başlarına gələnə aydınlıq gətirməyə çalışacağıq.

 

Yeni Sözçü 



Oxşar Xəbərlər

Xəbər lenti