Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gələcək. Sozcu.info-un məlumatına görə, bununla bağlı Jeenbekov Bişkekdə səfirlərlə görüşündə özü məlumat verib. "Azərbaycan, Almaniya, İsveçrə, Fransa və Macarıstana rəsmi səfərlərimə hazırlıqlar gedir”, - o bildirib. Dövlət başçısı əminliklə qeyd edib ki, səfərlər həmin ölkələrlə ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə səbəb olacaq.