29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski istirahət etmək üçün Türkiyəyə gedib.
O, bunu "Facebook” səhifəsində yazıb.
"Aşkarlılıq olacağını razılaşdırmışıq. Deməli belə. Türkiyəyə uçuruq. Uşaqları illik "Əyləncəli” festivala aparıram. Son 4 ayda ilk istirahət”, – yeni Prezident yazıb.
V.Zelenski 2 gündən sonra Ukraynaya qayıdacağını bildirib.
Qeyd edək ki, aprelin 21-də Ukrayana keçirilən prezident seçkisinin ikinci turunda Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezidenti Petro Poroşenko isə 24,45 faiz səs toplayıb/Report.