8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
PYD lideri Salih Müslüm
Haber7 (Türkiyə), 18.10.2017
PKK terror təşkilatının Suriya qanadı "Demokratik Birlik” Partiyasının (PYD) lideri Salih Müslüm Rusiyanın Suriya siyasətini tərifləyib. Suriya Ərəb Respublikasının (SƏR) şimalında Kobanidə "Sputnik”lə söhbətləşən Müslüm bildirib ki, Suriyada Rusiya və Moskvanın öz maraqları var, bununla belə, Moskvanın maraqları daha aşkardır, Vaşinqtonun maraqları isə qeyri-müəyyən xarakter daşıyır və bunu hamı bilmir.
ABŞ-ın Suriyadakı maraqları aydın deyil
"Biz Rusiya ilə münasibət saxlayırıq, – Müslüm deyib. – Moskvada təmsilçiliyimiz yerləşir. Rusiya Suriyada öz maraqlarını güdür. Bunlar aydın və anlaşılandır. ABŞ da Suriyada öz maraqlarını izləyir, lakin bu haqda hamı bilmir. Burada dəqiq konkretlik yoxdur. Bu arada Rusiyanın Suriya və Yaxın Şərqdə iştirak səbəbi məlumdur”.
Rusiyanın iştirakı qüvvələr balansını dəyişib
Rusiyanın Bəşər Əsədin simasında Suriyanın qanuni rəhbərliyinə göstərdiyi dəstəyi "rejimə dəstək” adlandıran PYD-nin keçmiş həmsədri boynuna alıb ki, Rusiyanın Suriyada iştirakı qüvvələr balansını dəyişib. "Suriyada qüvvələr balansı Rusiyanın gəlişi ilə həqiqətən də dəyişilib, – Müslüm vurğulayib. – Bizim Moskva ilə münasibətlərimiz o, Suriyaya girənədək də var idi. Biz ümid edirdik ki, Suriya məsələsinin demokratik yolla həllində məhz Rusiya rol oynayacaq. Və biz indiyə qədər buna ümid edirik”.
Rusiya rejimə basqı göstərə bilər
Müslüm Rusiya ilə Suriya kürdlərinin münasibətlərinin qarşılıqlı sayğı əsasında qurulduğunu qeyd edərək bildirib: "Biz Rusiya ilə daha sıx münasibətlər qurmaq istəyirik. Hesab edirik ki, Rusiya rejimə basqı göstərə bilər. Rusiya böhranın demokartikcəsinə tənzimlənməsi axtarışlarında rol oynaya bilər”.