8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu ilə yeni qaydaların icrasına başlanılıb.
Trend-in məlumatına görə, bununla əlaqədar Dövlət Miqrasiya Xidmətinin Kollegiyası "Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.
Dəyişikliklərə əsasən, müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmətin icra müddəti artıq 20 iş günü ərzində deyil, "Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş rüsumlara uyğun müddətdə icra ediləcək.
Qərara uyğun olaraq, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə rüsumlar fərqlidir.
İcazə vəsiqəsi on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 40 manat, 6 ayadək 80 manat, 1 ilədək 160 manat, 1 il 6 ayadək 240 manat, 2 ilədək 320 manat, 2 il 6 ayadək 400 manat, 3 ilədək 480 manat məbləğində rüsum ödəniləcək.
Vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 30 manat, 6 ayadək 60 manat, 1 ilədək 120 manat, 1 il 6 ayadək 180 manat, 2 ilədək 240 manat, 2 il 6 ayadək 300 manat, 3 ilədək 360 manat məbləğində rüsumu müəyyən edilib.
Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə vəsiqə 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 25 manat, 6 ayadək 50 manat, 1 ilədək 100 manat, 1 il 6 ayadək 150 manat, 2 ilədək 200 manat, 2 il 6 ayadək 250 manat, 3 ilədək 300 manat məbləğində rüsum ödənilməlidir.
Bu kateqoriyadan olanlar üçün vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 3 ayadək 15 manat, 6 ayadək 30 manat, 1 ilədək 60 manat, 1 il 6 ayadək 90 manat, 2 ilədək 120 manat, 2 il 6 ayadək 150 manat, 3 ilədək 180 manat məbləğində rüsum ödənilməlidir.
Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə vəsiqə 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 60 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 120 manat məbləğində rüsum müəyyən edilib.
Bu kateqoriyadan olan şəxslərə vəsiqə 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda 1 illik 40 manat, 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
Bununla yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi tələb edilir.
Bu qərar artıq noyabrın 16-dan qüvvəyə minib.