Bakıya gətirilən yeni taksi avtomobili ilk dəfə AzTV-də görüntüləndi -VİDEO

 

Azərbaycan Televiziyasının "Telesəhər” verilişində Bakıya yeni gətirilən "London” taksisi ilk dəfə olaraq görüntülənib.

Verilişin qonağı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova yeni taksilərin elektriklə işlədiyini xatırladıb. Qeyd edib ki, bu taksi avtomobilləri tam enerjini bir saata yığır və bir yığıma 400 km məsafə qət edə bilirlər.

Əvvəlki London taksilərindən fərqi isə 6 nəfərlik tutuma malik olmasıdır. Qeyd edək ki, əvvəlki "London” taksiləri 5 nəfər sərnişin üçün hesablanmışdı.

Verilişdə taksi avtomobilinin salonu da göstərilib.

Taksi avtomobilinin daha bir üstünlüyü salonunda "Brayl əlifbası”nın qeyd edilməsidir. Bu isə görmə məhdudiyyətli şəxslərin sürücü ilə rahat əlaqə yaratmasına şərait yaradır.

Məlumat üçün bildirək ki, bu taksi avtomobilindən Bakıya 100 ədəd gətiriləcək.

 


Oxşar Xəbərlər

Xəbər lenti