Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd İmamverdi İsmayılov sosial şəbəkədə tanınmış jurnalistlərin böyük qınağı ilə üzləşib.
Sozcu.info xəbər verir ki, jurnalistlərdən biri onun fotosunu paylaşaraq "Dəyərli ziyalı" yazıb.
Bu isə xeyli tanınmış jurnalistlərin narazılığına səbəb olub.
Məsələn, jurnalist Rəşad Süleymanov şərh bölməsinə yarıgerçək, yarızarafat replika atıb ki, deputat "qolundakı saatı satsa, bütün rəqiblərinin dəstəyini qazana bilər".
"Xəzər TV-də yayımlanan "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Baxşəliyeva isə deputatın eyni dairədən təkrar-təkrar seçilməsinə işarə vuraraq, belə yazıb: "Təklif edirəm ki, birdəfəlik seçilsin, hər 5 ildən bir əziyyət çəkməsin".
İlqar Əlifoğlu isə Xoşqədəm xanıma dəstək verib: "Gözəl təklifdir, alqışlar!".
Jurnalist İntiqam Valehoğlu isə həmkarının "Dəyərli ziyalı" təqdimatına elə belə sual verib: "Ciddisən?".
İlqar Rəsul isə statusa belə şərh yazıb: "Haqqında bildiyim odur ki, seçki ərəfəsi jurnalistlərə qonaqlıq-filan söz verir, xahişlər edir. Mənə də bir dəfə bunun xahişini etmişdilər (fikir vermədim əlbəttə).
Telejurnalist Məhsəti Şərif isə "Dəyərini bilmirəm, amma seçildiyi yerə bir qəpiklik dəyəri olmayıb", - deyə yazıb.
Sonra xeyli jurnalist və izləyici deputatın əleyhinə replikalar atıblar.
Daha sonra Xoşqədəm Baxşəliyeva yenidən statusa şərh yazıb: "Bunlar niyə çıxıb getmir? Ayıb deyil? O bölgədə başqa biri yoxdurr????".
Mia.az