Baş nazir Musa Pənahova və deputat oğluna vəzifə verdi

Baş nazir Musa Pənahova və deputat oğluna vəzifə verdi

 

Baş nazir Əli Əsədovun sərəncamları ilə Nazirlər Kabineti Aparatında dörd şöbənin müdiri vəzifəsinin həvalə edildiyi şəxslər məlum olub.

 

 

Sozcu.info  xəbər verir ki, Nazirlər Kabineti Aparatında Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinin icrası Ərəstü Həbibbəyliyə, Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri vəzifəsi Musa Pənahova, Hüquq və qanunvericilik şöbəsinin müdiri vəzifəsi Xalid Qasımlıya həvalə olunub.Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi isə Bəhruz Məmmədova həvalə edilib.

 

Qeyd edək ki, Ərəstü Həbibbəyli deputat, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin oğludur. Musa Pənahov isə 2004-2007-i illərdə Nəqliyyat naziri Ziya Məmmədovun müavini olub.

 



Oxşar Xəbərlər

Xəbər lenti