27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı da deputatlığa namizədlərin nənələri öpmə məsələsinə reaksiya verib.
Aparıcı belə namizədlərin yaşlıları koronavirusa yoluxdurcağını deyib.
O, sosial şəbəkədə görüntülər paylaşaraq nənələr üçün çox narahat olduğunu dilə gətirib:
"Deyirəm ki, indi virus var, özünüz bilirsiniz. Mən maska ilə gəzirəm. Bu bəzi namizədlər də küçədə, harada gəldi nənələri tutub öpürdülər. Mən xahiş edirəm ki, nənələri qoruyaq. Çünki virus salarsınız onlara. Ayın 9-u gəlsəydi, bu öpüşmə səhnələri bitərdi. Vallah, çox dəhşətdir, mən nənələr üçün narahatam ki, onlar bu qripə yoluxarlar. Çünki oxudum ki, daha çox yaşlı insanlar tez yoluxurlar. Namizədlər də küçədə, bacada, harda nənə gördülər, tutub öpürlər. İnşallah ki, onlara heç nə olmaz”.
Qeyd edək ki, son günlərin ən çox müzakirə olunan məsələlərindən biri də deputatlığa namizədlərin öz dairələrində keçirdiyi görüşlərdə nümayiş etdirdikləri "həddən artıq səmimiyyət”dir. Daha doğrusu, namizədlərin yaşlıların, xüsusən, nənələrin əlini öpməsi və bu görüntüləri paylaşması birmənalı qarşılanmır. Bəziləri belə rəftarı səmimiyyətin göstəricisi kimi qəbul etsə də, bir qisim bunu namizədlərin "xal toplamaq cəhdi” kimi qiymətləndirir.