8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyası siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini Rüfət Quliyev Sankt-Peterburq şəhərində müşahidəçi qismində seçkiləri izləyib.
MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburq şəhərindəki müşahidəçilər qrupu koordinatorunun müavini vəzifəsini yerinə yetirən R. Quliyev keçirdiyi müşavirədə bildirib ki, MDB PA Assambleyasının beynəlxalq müşahidəçiləri qrupunun tərkibi MDB ölkələrinin parlament üzvləri, MDB PA Assambleyası katibliyinin əməkdaşları və Monitorinq keçirən Beynəlxalq İnstitutun ekspertləri də daxil olmaqla 52 nəfərdən ibarət olub.
Müşahidəçilər qrupunun üzvləri Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində seçkilərin gedişini izləyiblər. Seçkilər başa çatdıqdan sonra R. Quliyev MDB PA Assambleyasından olan müşahidəçilər üçün seçkilərin monitorinqi ilə əlaqədar yekun müşavirə keçirib.
R. Quliyev və digər müşahidəçilər bildiriblər ki, müşahidə etdikləri seçki məntəqələrində seçkilər olduqca şəffaf keçib, bütün məntəqələr videomüşahidə kameraları ilə təchiz olunub və zəruri beynəlxalq standartlara cavab verən seçki mühiti yaradılıb. Seçkilərdə seçicilərin fəallığı da diqqət çəkib. Seçkilər zamanı seçicilər üçün öz iradələrini ifadə etmək, istədikləri namizədə sərbəst surətdə səs vermək üçün bütün lazımi şərait yaradılıb, seçki prosesində heç bir əhəmiyyətli pozuntu halları baş verməyib. Seçkilərə təşkilati hazırlıq çox yüksək səviyyə təşkil olunduğundan, demokratik prinsiplərə tam əməl olunduğundan seçkilər də demokratik şəkildə keçib və seçicilər öz seçimlərini ediblər.
Müşavirənin iştirakçıları monitorinqin nəticələrinə görə yekun sənəd qəbul ediblər.