Kurikulum ləğv olunacaqmı? – Nazir açıqladı

“Hələ də insanlar sual verir ki, kurikulum ləğv olunacaqmı? Bu sual onu göstərir ki, biz kurikulum sözünün mahiyyətini təhsil sistemi olaraq tam başa düşə bilmirik”.

“MediaPost” xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O, “kurikulum” sözünün 3 cür adlandırıldığını bildirib:

“Buna 70-80 il əvvəl “müfrədat” demişik, bu ərəb sözüdür, “kurikulum” yəqin ki, latın sözüdür. “Məzmun” deyirik, bunlar eyni mənanı verir. Təhsilin məzmunu, təhsilin proqramı necə ləğv oluna bilər? Bu sual verilirsə ki, gəlin kurikulumu ləğv edək, deməli, bizim kommunikasiya problemimiz var, problem kurikulumda deyil”.


Oxşar Xəbərlər

Xəbər lenti