Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Döyüş bölgəsindən çəkilən videolar -
hərbi ekspertlərdən sərt etirazlar gəldi
Sentyabrın 27-dən etibarən başlayan Vətən müharibəsində Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də döyüşlərin qızğın getdiyi ön cəbhədən ara-sıra video çəkilişlərin yayılmasıdır. Bəzi hərbiçilərimizin mobil vasitələri ön xəttə keçirib, bu cür çəkilişlər eləməsi və yayması ciddi müzakirə mövzusu olmaqla yanaşı, həm də sərt şəkildə qınanır. Hətta bununla əlaqədar sərt cəzaların tətbiq edilməsinin vacibliyi vurğulanır.
O da qeyd olunur ki, belə çəkilişlər edən hərbiçilər özləri ilə bərabər döyüş yoldaşlarının da həyatlarını təhlükə altına atırlar. Hər yayılan bu cür videolardan sonra itkilərimizin olduğu qeyd edilir.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli məsələ ilə bağlı “Yeni Müsavat”a bunları dedi:
“Belə hallar yolverilməzdir. Təhlükəsizlik baxımından videoların yayılmaması çox önəmlidir. Biz qayda-qanunlara, nizamnaməyə əməl etməliyik - istər ön cəbhə olsun, istərsə də arxa cəbhə. Müharibə zamanı hər bir şəxsin fəaliyyəti qələbəyə təsir edir. Bunu mütləq nəzərə almalı, hamımız qanunlara, qoyulan tələblərə əməl etməliyik. Təəssüflər olsun ki, ön cəbhədə olan hərbiçilər bəzi hallarda özləri ilə belə telefonlar keçirirlər. Başa düşürəm, gəncdirlər, sevinclərini paylaşırlar. Bir çoxu da o bölgələrdəndir. Həmin yerlərin azad olunmasına sevinirlər. Amma bu, heç də haqq qazandırmağa əsas deyil. O çəkilişlər olmamalıdır. Əgər çəkiliş varsa, yayılmamalıdır. Buna hər birimiz riayət etməliyik.
Ümumiyyətlə, müharibə dövründəki çağırışlara, dövlətin addımlarına xüsusi olaraq yanaşmalıyıq. Rəsmi məlumatlar olmayana qədər elə məlumatların yayılması doğru deyil. Çünki həmin yerlərə kəşfiyyat qrupları göndərilir və yayılan videolar belə təəssürat yaradar ki, həmin yerlər azad olunub. Bu düşmənə informasiya verməkdir ki, burada Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları, yaxud xüsusi təyinatlıları olub. Məsələlərə hər birimiz peşəkar yanaşmalıyıq. Bu məsələyə Müdafiə Nazirliyi, ordu rəhbərliyi daim həssas yanaşıb. Amma ordu böyük heyətdir. Ona bir-bir nəzarət etmək olmur. Xüsusilə, döyüş zamanı bu daha çox mümkünsüz olur. Təəssüflər olsun ki, bunun nəticəsində kimlərsə smartfon telefonlar keçirib, çəkilişlər edirlər. Bu da ümumi işimizə bəzi hallarda maneələr yaradır. Çəkilişləri Müdafiə Nazirliyinin məlum qrupu var, onlar aparır. Bayrağımız azad edilən yerlərə sancılandan sonra ölkəmizə məlumat verilir və Ali Baş Komandanımızın, prezidentimizin bununla bağlı xalqa müraciəti olur, şəxsi səhifəsində də açıqlamaları olur. Ondan sonra Müdafiə Nazirliyi həmin yeri əks etdirən video çəkilişlər yayımlayır. Ancaq bu çəkilişləri paylaşmaq lazımdır. Bir daha deyirəm ki, rəsmi olmayan paylaşılan videolar əks olunan ərazilərdə kəşfiyyat qruplarımız, xüsusi təyinatlılarımız ola bilər. Düşmənin arxa tərəfinə keçmələri mümkündür. Belə çəkilişlər indi təsəvvür edin ki, ümumi işimizə necə ziyan verə bilər”.
Hərbi ekspert şəhidlərimizin fotolarının sosial şəbəkələrdə paylaşılmasına, onlar haqqında məlumat verilməsinə də aydınlıq gətirdi:
“Çox xahiş edirəm ki, şəhidlərimizin fotolarını paylaşmayın. Hər bir şəhid bizim üçün çox əzizdir. Müharibə bitəndən sonra onlara filmlər çəkiləcək, adları əbədiləşdiriləcək. Onlar Azərbaycan himnində deyildiyi kimi bu vətən üçün canlarını veriblər. Onların fotolarının paylaşılması barələrindəki məlumatların düşmənin əlinə keçməsinə səbəb olur. İndiki halda isə bu düzgün deyil. Kimlərin şəhid olması, onların rütbələri barədə düşmən sosial şəbəkələrdəki paylaşımlar üzərindən məlumatlar əldə edə bilir. Biz necə ki, onların məhv edilmiş hərbiçilərinə münasibət bəsləyirik, onlar da bizim şəhid olan hərbiçilərimizə eyni münasibəti sərgiləyirlər. Ona görə də bu məsələlərdə çox həssas olmalıyıq. Onsuz da bütün şəhidlərimizə ən yüksək səviyyədə dəfn mərasimləri təşkil olunur, dövlət tərəfindən ən yüksək səviyyədə diqqət göstərilir. Məsləhət olsa onların hər biri efirlərdə verilər. Qadağalara hər bir kəs əməl etməlidir. Dövlətə xidməti əməldə etməliyik. Bu işin peşəkarları deyirsə ki, belə paylaşımlar olmaz, demək olmamalıdır”.
Hərbi ekspert Ruslan İmamquliyev burada cinayət tərkibinin olmasından söz açdı:
“Ümumiyyətlə, hərbi qulluqçuların smartfon tipli telefonlardan istifadə etməsi qəti qadağandır. Bu barədə Müdafiə Nazirliyinin özünün müvafiq təlimatları, göstərişləri və əmrləri var. Döyüş sahəsində hər hansı bir hərbi qulluqçu smartfon tipli telefonlardan istifadə edirsə, hər hansı bir videolar, şəkillər çəkib paylaşırsa, sosial media bundan istifadə edə bilirsə, bu bir cinayətdir. Çünki Müdafiə Nazirliyinin özünün əmr və göstərişləri var. Bu barədə əsgərlər və zabitlər ciddi şəkildə təlimatlandırılır. Yəqin ki, bu istiqamətdə Müdafiə Nazirliyinin daxilində işlər gedir. Bilirsiniz ki, sosial mediada şəkil və videolar paylaşarkən olduğun yeri də bir şəkildə orada göstərmək mümkündür. Hərbi qulluqçu bilərəkdən və ya bilmərəyəkdən öz yerini paylaşırsa, təbii ki, bu düşmən üçün ciddi bir ipucudur. Bundan başqa görüntüləri paylaşarkən belə görüntü hərbi qulluqçunun yeri, oradakı istehkam barədə fikir formalaşdırmağa şərait yaradır. Buna görə də istər hərbi qulluqçunun paylaşması olsun, istərsə də, hərbi qulluqçunun əldə olunmuş video və fotoları üzərindən bunları sosial mediada paylaşmaq olsun, bunlar qəti sürətdə qadağandır, hətta cinayətdir”.
Oxşar Xəbərlər
“Azərbaycan Ordusu kritik mərhələni keçdi, indi daha sürətlə irəliləyəcək...” - SEVİNDİRİCİ AÇIQLAMA
Suriyalı terrorçunun Qarabağdakı görüntüləri yayıldı
“Elman Nəsirov deputatdır, dedi-qodu, qeybət etməməlidir” - YAP-çı deputatlar DALAŞDI
Danimarkanın Ahrus şəhər bələdiyyəsinin üzvü Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
Xəbər lenti
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq