Sabahın hava proqnozu açıqlanıb


Azərbaycanda iyulun 20-ə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bildirilib ki, havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.



Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}