Rusiya XİN Paşinyanın məktubuna cavab verdi: "Əgər hərbi toqquşmalar birbaşa Ermənistan ərazisinə keçərsə..."

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə ünvanladığı yalvarışlarla dolu məktubuna Moskvadan reaksiya verilib.

Sozcu.info -nun məlumatına görə, erməni mediası da Paşinyan üçün “soyuq duş” effekti verən cavabı geniş tirajlayıb.

Rusiya XİN-dən bildirilib ki, əgər hərbi toqquşmalar birbaşa Ermənistan ərazisinə keçərsə, o halda Rusiya Ermənistana ehtiyac duyduğu bütün köməklikləri göstərəcək.

Qeyd edək ki, Rusiya XİN-in İrəvana cavabı prezident Putinin bir müddət öncə verdiyi bəyanatın ruhuna tam uyğundur. Rusiya lideri də demişdi ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir. V.Putin Azərbaycan ərazilərinin işğal altında olduğunu da bəyan etmişdi.


Oxşar Xəbərlər

Xəbər lenti