İzmirdə həlak olanların sayı 49 nəfərə çatıb YENİLƏNİB

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 49-a yüksəlib.
Sozcu.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, hazırda 214 nəfərin müalicəsi davam edir.
***
Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 44 nəfərə yüksəlib.
Təbii hadisə zamanı həmçinin 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda binanın dağıntıları altında axtarışlar aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}