Bakıda Ağdam coşqusu: Şəhidlər Xiyabanında izdiham yaşanır - CANLI FOTO

Bakıda Ağdamın işğaldan azad edilməsi izdihamla qeyd edilir.
Vətəndaşlar əllərində Azərbaycan və Türkiyə bayrağı, “Qarabağ Azərbaycandır!” şüarını səsləndirərək, Şəhidlər Xiyabanına toplanıblar.
Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər. Ağdamdan olan vətəndaşlar dövlət başçısı İlham Əliyevə və Azərbaycan Ordusuna öz təşəkkürlərini bildirib, sevinc hislərini bölüşüblər.  Hazırda da izdihamlı tədbir davam edir. 
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Ağdam rayonunun işğaldan azad olunması müjdəsini verib.

Musavat.com-un əməkdaşlarının Şəhidlər Xiyabanından etdikləri canlı yayını təqdim edirik:














Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}