Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycanda tətbiq olunacaq
"CoronaVac” peyvəndi tələb olunan standartlara uyğun bütün sınaq mərhələlərindən keçib MÜSAHİBƏ
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədovun APA-ya müsahibəsi:
- Azərbaycanda COVID-19 əleyhinə peyvəndlərin tətbiqinə başlanılır. Sizcə peyvəndlərin tətbiqi koronavirusu tam şəkildə həyatımızdan çıxmasına imkan yaradacaqmı?
- Peyvəndlər epidemiya və pandemiyarla mübarizədə tibbə məlum olan ən təsirli vasitədir. Bildiyiniz kimi vaxtilə dünyada, o cümlədən bizim ölkəmizdə müxtəlif yoluxucu xəstəliklər, o cümlədən qızılca, parotit, məxmərək, difteriya, polimelit və digər xəstəliklər çox sürətlə yayılır və insanların həyatını itirməsi ilə nəticələnirdi. Məhz peyvəndlərin sistemli formada tətbiqi, təqvimə uyğun aparılması nəticəsində bu gün Azərbaycan polimelitdən azad ölkələrdən biridir. Bundan başqa, xeyli müddətdir ki, Azərbaycanda difteriya, məxmərək, parotit, qızılca xəstəlikləri demək olar ki, qeydə alınmır. Bu məsələ Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət yetirdiyi prioritet mövzular sırasında olub. Ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə, sonrakı dövrdə isə ölkə Prezidenti cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət və dəstək Azərbaycanda bu xəstəliklərin yayılmasının qarşısını almağa imkan verib. Ona görə də hesab edirəm ki, optimist olmaq üçün əsaslarımız kifayət qədərdir. COVID-19 əleyhinə peyvəndlərin kütləvi şəkildə tətbiqi virusun yayılmasının qarşısını almaq üçün çox vacibdir. Hesab edirəm ki, vətəndaşlarımız da dövlətin həyata keçirdiyi tədbirin əhəmiyyətini və məqsədini düzgün qiymətləndirərək prosesə fəal dəstək verməlidirlər. Hər bir vətəndaş özünü, ailəsini, yaxınlarını qorumaq üçün peyvənd olunmağa maraq göstərməlidir. Əlbəttə ki, bu insanların könüllü seçimidir. Bildiyiniz kimi, Azərbaycanın COVID-19-a qarşı peyvənd strategiyasının əsas prinsiplərindən biri məhz könüllülükdür. Lakin qeyd etdiyim kimi, bu cür kütləvi yoluxmalarla müşayiət olunan xəstəliklərdən qorunmağın müasir tibbə məlum olan ən effektiv üsulu məhz peyvənddir. Bununla yanaş, əlbəttə ki, bir müddət müəyyən məhdudiyyətlərə, qaydalara, o cümlədən, fiziki məsafənin gözlənilməsi, tibbi qoruyucu vasitələrdən istifadə ilə bağlı təlimatlara əməl etmək lazım gələcək. Kollektiv immunitet formalaşdıqdan sonra biz koronavirusun artıq təhlükə yaratmadığına əmin ola biləcəyik.
- Azərbaycanda Çindən istehsalı olan SinoVac şirkətinin hazırladığı CoronaVac vaksinlərindən istifadə olunacaq. Bununla yanaşı, Rusiya və digər Qərb ölkələrində tətbiq edilən vaksinlərin istifadəsi planlaşdırılırmı?
- İndiyə qədər 30 vaksin klinik sınaqlar fazasına daxil olub ki, onlardan da 7-si üzərində artıq üçüncü klinik fazada sınaqlar aparılır. Almaniya və ABŞ şirkətləri birgə hazırladığı, Rusiyanın təqdim etdiyi və Britaniyada hazırlanan vaksinlər haqqında məlumatlar var. Bununla yanaşı, Çinin "Sinovac” şirkətinin istehsal etdiyi "CoronaVac” vaksini məlumdur. Azərbaycanda da bu peyvənddən istifadə olunacaq." CoronaVac" koronavirus əleyhinə peyvəndlər içərisində saxlanma temperaturu daha sadə olanıdır. Vaksinin 92 faizə yaxın effektiv olması təsdiq olunub ki, bu da kifayət qədər yüksək nəticə hesab oluna bilər. Onun əsas üstünlüklərindən biri də inaktiv üsulla hazırlanmasıdır. Bildiyiniz kimi, inaktiv vaksinlər daha təhlükəsiz hesab olunur. Qeyd edim ki, peyvəndlərin hazırlanması zamanı infeksiyaya səbəb olan törədicilər 2 metodla – attenuasiya, yəni törədicinin zəiflədilməsi və inaktivləşdirmə, yəni törədicinin öldürülməsi üsulu ilə zərərsizləşdirilir. Ölkəmizdə indiyə qədər müxtəlif xəstəliklərə qarşı peyvənd təqviminə daxil olan cədvəldə inaktiv peyvəndlər istifadə olunur. İnaktiv peyvəndlərin Azərbaycanda uzun müddət ərzində problemsiz tətbiq olunması, onların daha təhlükəsiz olduğunu söyləmək üçün əsas yaradır. Qeyd edim ki, vaksinlərin əldə olunması o qədər də asan və sadə məsələ deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə pandemiya əleyhinə vaksinlərin hazırlayan ölkələrlə, şirkətlərlə ilk günlərdən danışıqlar aparılır. Məhz aparılan uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan peyvəndin tətbiqinə başlayan ilk ölkələr arasındadır. Şübhəsiz ki, digər peyvəndlərlə bağlı da beynəlxalq təcrübə, onların tətbiqinin nəticələri diqqətlə izlənilir. Müvafiq dövlət qurumları bu məsələni daim nəzarətdə saxlayır. Zərurət yarandığı və məqsədəuyğun hesab edildiyi təqdirdə digər peyvəndlərin alınması və tətbiqi ilə bağlı müvafiq qərar veriləcək.
- GAVİ təşkilatı ilə də vaksinlə bağlı danışıqlar aparıldığı barədə məlumatlar var idi. Bununla bağll müzakirələr nə yerdədir?
- Azərbaycan GAVI təşkilatı ilə arasında peyvəndlərin imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycanın da təsdiqlənmiş peyvəndlə təmin olunması nəzərdə tutulur. Verilən məlumatlara görə, GAVİ-dən peyvəndlərin alınması aprel ayına gözlənilir. Lakin indiki situasiyada zaman olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan Çinin "Sinovac” şirkətinin istehsal etdiyi "CoronaVac” vaksinin almağa qərar verib. Vaksinlə ölkəmizə mərhələli şəkildə gətiriləcək. Artıq Çindən 2 milyon əhalini peyvənd etmək üçün kifayət edəcək sayda vaksinlərin alınacağı, bundan başqa COVAX platforması ilə əməkdaşlıq çərçivəsində daha 2 milyon nəfər üçün vaksin alınacağı açıqlanıb. Biz bu prosesə mümkün qədər tez başlamaqla, xəstəliyin ən qısa müddətdə aradan qaldırılmasına nail olmağı hədəf götürmüşük. Hesab edirəm ki, görülən tədbirlər və COVID-19-a qarşı peyvənd strategiyasının düzgün həyata keçirilməsi qarşıya qoyulmuş hədəflərə nail olmağa imkan yaradacaq.
- Soltan müəllim, peyvəndlər hələ tətbiq olunmağa başlamayıb, ancaq bəzən sosial şəbəkələrdə onların təhlükəliliyinə dair iddialar yayılır. Təbii ki, bu da insanları narahat edir. Bu iddialar nə dərəcədə əsaslıdır?
- Çox təəssüf ki, belə hallar var. İlk növbədə onu qeyd edim ki, Azərbaycanda indiyə qədər hər hansı peyvəndin ölümə səbəb olduğuna dair fakt qeydə alınmayıb. Peyvənd epidemiya və pandemiyalarla mübarizənin yeganə effektiv yoludur. Bir daha vurğulamaq istərdim ki, ölkəmizdə kütləvi ölümlərə səbəb olan bir çox xəstəliklər məhz vaksinasiya nəticəsində tamamilə aradan qaldırılıb. Azərbaycanda tətbiq olunacaq "CoronaVac” peyvəndi tələb olunan standartlara uyğun bütün sınaq mərhələlərindən keçib. Peyvəndlərin tətbiqi zamanı insanlarda müəyyən narahatlığın olması əlbəttə ki, mümkündür. Mütəxəssislər də qeyd edirlər ki, hərarətin artması, baş və əzələ ağrıları kimi hallara rast gəlinə bilər. Lakin bunlar tamamilə təbii reaksiyalardır. Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığına kifayət qədər həssaslıqla yanaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə vurğulayıb ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu baxımdan, dövlətimiz insanlarımızı qorumaq üçün zəruri ehtiyat tədbirlərini görür və görəcək. Müvafiq qurumlar vaksinasiyanın sistemli, ardıcıl və müvəffəqiyyətlə tətbiqinə imkan verən mexanizmin yaradılması üçün bütün addımları atır. Bu gün Azərbaycan peyvəndin tətbiqinə başlayan ilk ölkələrin sırasındadır. Bu bir daha göstərir ki, dövlətimiz insanlarımızın sağlamlığına nə qədər böyük önəm verir. Ona görə də hesab edirəm ki, narahatlıq üçün heç bir əsas yoxdur. Biz birlikdə, xalqımızın həmrəyliyi, birliyi sayəsində, qaydalara, təlimatlara əməl etməklə bu problemin də öhdəsindən gələcəyik. Mən bir daha vətəndaşlarımıza müraciət edərək, pandemiya ilə mübarizədə dövlətimizin həyata keçirdiyi işlərə dəstək olmağa çağırıram.
Oxşar Xəbərlər
Ərdoğan
Bu şəxslər peyvənd olunacaq - Oqtay Şirəliyevdən ƏMR
Vaşinqtonda qızılca xəstəliyi yayılır- Dairədə fövqəladə vəziyyət elan edilib
Səhiyyə Nazirliyi:
Xəbər lenti
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq