"Bir sıra dövlət şirkətinin fəaliyyəti günün tələblərinə uyğun deyil" - Mikayıl Cabbarov

Bir sıra dövlət şirkətinin bugünkü fəaliyyəti günün tələblərinə uyğun deyil, bir sıra hallarda isə idarəetmənin effektivliyi aşağıdır.

Sozcu.info-nun məlumatına görə, bunu "Postpandemiya dövründə vergi sistemi" mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, sözügedən şirkətlərin xərclərinin, tender prosedurlarının şəffaflığı tam təmin edilməyib.

M. Cabbarov qeyd edib ki, büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda, bir çox hallarda dövlət şirkətləri zərər ilə çalışırlar: "Bu sahədə artıq ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılması və onların ciddi bazar dəyərinə çatdırılmasına nail olunmalıdır. Dövlət şirkətlərinin borclanmlarına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə divident ödənişlərinin artırılması hədəf kimi qarşımızda durur və 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu istiqamətdə çalışır".


Oxşar Xəbərlər

Xəbər lenti