Musa Qasımlı: Bəzi məmurlar qaziləri narazı salır

Hərbi Qənimətlər Parkının açılışı min illik tariximizdə bir ilkdir. Bu park düşmənlərimizə göz dağı olacaq.
Sozcu.info xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Musa Qasımlı deyib.
O əlavə edib ki, bu parka gələnlər millətimizin və dövlətimizin böyüklüyünə bir daha şahid olacaq.
Deputat bəzi məmurların qaziləri narazı saldığını da diqqətə çatdırıb. Bildirib ki, hər kəsə eyni gözlə baxmaq vacibdir. Onun sözlərinə görə, qazilərin problemləri həllini tapmalıdır.
Qasımlı, həmçinin qələbəyə kölgə salmaq istəyən şəxsləri də tənqid edib, bu cür fəaliyyəti qərəzli adlandırıb.


Oxşar Xəbərlər

Xəbər lenti