10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
MEDİANIN DÖVLƏT TƏRƏFİNDƏN DƏSTƏKLƏNMƏSİ:
Dünya və Azərbaycan təcrübəsi
Paretonun optimallığın saxlanması prinsipinə görə, sistemin hər hansı elementi ziyan çəkmədən digər elementini inkişaf etdirmək ən yaxşı seçim sayılır
Media və onun fəaliyyəti ilə bağlı daha çox müzakirə olunan məsələlərdən biri dövlət dəstəyinin verilməsidir. Bu məsələyə münasibətdə uzun müddət sırf bazar prinsipləri, tələb-təklif konsepsiyasının, bazarın “görünməz əli”nin tənzimləməsinin əsas tutulması başlıca yanaşma olmuşdur.
Ötən əsrin 90-ci illərindən başlayaraq transmilli korporasiyaların meydana gəlməsi, lobbiçiliyin artıq beynəlxalq miqyas alması, 21-ci əsrin ikinci onilliyində sosial şəbəkələrin yaranması, rəqəmsal texnologiyaların sürətlə inkişafı bu yanşmanın tədricən dəyişməsinə vəsilə oldu. Media və sosial proseslərin tədqiqatçıları, daha sonra vətəndaş cəmiyyəti media meynstrimində ictimai maraqların, sosial problemlərin, ətraf mühit, bəşəri dəyərlər və digər vacib ictimai dəyərə malik məsələlərin nəzərə alınmadığını israrla vurğulamağa başladılar. Tədqiqatlar və araşdırmalar göstərdi ki, media gündəliyi, meynstrimi getdikcə tamamilə iri korporasiyalar, biznes elitası, lobbi qruplarının təsiri ilə formalaşır.
Bazarın “görünməz əli”i niyə işləmədi?
Tədqiqatlar göstərir ki, media gündəliyində ictimai maraqlar və sosium üçün vacib ictimai dəyərlərə çox az yer verilir. Bazarın “görünməz əli”i artıq optimal tənzimləmə funksiyasını yerinə yetirə bilmir, ictimai dəyərə malik sahəvi nəşrlər, siyasi plüralizm baxımdan vacib KİV-lər öz mövqeyini qoruya bilmir.
İri korporasiyalar, biznes elitası, lobbi qrupları ictimai rəylə manipulyasiya üçün hüdudsuz imkanlar əldə ediblər. Sosial şəbəkələr, informasiya texnologiyalarının sürətli inkişafının bu çətinlikləri aradan qaldıracağı ilə bağlı ümidlər də özünü doğrultmadı. Sosial şəbəkələr qısa müddətdən sonra ifrat kommersiyalaşaraq yalnız iri sifarişçilərin maraqlarını ön plana çıxardılar.
Bununla yanaşı vətəndaşların obyektiv informasiya alması, ictimai əhəmiyyətli məsələlərlə bağlı məlumatlandırılması, dövlət və cəmiyyət üçün vacib məsələlərlə əlaqədar ictimai diskursun təşkili ciddi problemlərlə üzləşdir.
Sosial şəbəkələrin maksimum mənfəət əldə edilməsinə hesblanmış siyasəti ictimai yükü olan mövzularla bağlı maarifçilik aparılmasını, müzakirələrin təşkilini arxa plana keçirdi.
Bu məsələlərlə bağlı mütənasiblik ciddi şəkildə pozuldu. Eyni zamanda sosial şəbəkələr mövcud media strukturunu da dağıdaraq, KİV-i iri korporasiyaların reklam və ianələrindən, lobbi qruplarından daha asılı vəziyyətə saldı
. Bütün bunlar yeni çağırışlar idi, medianın fəaliyyətində obyektivliyi necə qorumaq olar? Media gündəliyində ictimai əhəmiyyətli məsələlərlə bağlı aktuallığı necə saxlamaq olar? Medianın fəaliyyətində dövlət-cəmiyyət-biznes maraqlarının mütənasibliyini necə təmin etmək olar? - kimi suallar artıq paradiqma dəyişikliyini zəruri edirdi. Həmçinin 21-ci əsrin ilk on illiyində qlobal iqitisadi böhranlara cavab olaraq iri biznesin çox böyük həcmdə dövlət tərəfindən maliyyələşdirilməsi, ayrı-ayır iqtisadi sektorların dövlət tərəfindən himayəyə götürülməsi bazarın “görünməz əli”inin əvvəlki kimi obyektiv olmadığının əyani sübutu oldu. Məlum oldu ki, cəmiyyət həyatı və ictimai münasibətlərin mürəkkəbləşməsi şəraitində sırf bazar iqtisadiyyatı yanaşması özünü doğrultmur. Bütün bu diskursda medianın dövlət tərəfindən dəstəklənməsi də ayrıca bir istiqamət kimi nəzərdən keçirilirdi. Artıq baxış və yanaşma dəyişmişdi. Dövlət tərəfindən medianın dəstəklənməsi ictimai maraqların qorunmasının bir vasitəsi kimi dəyərləndirilməyə başladı. Həmçinin paradoksal bir vəziyyət yaranıb, vətəndaşların vergiləri hesabına dövlətin xilas etdiyi iri korporasiyalar mediada əsas söz sahibi olaraq qalır və ictimai maraqlar yenə arxa plan keçirdi.
Medianın dövlət tərəfindən birbaşa və dolyası subsidiyalar dəstəklənməsi ilə bağlı paradiqma dəyişikliyi və Avropa təcrübəsi
Təsadüfi deyil ki, Avropa Şurası “KİV-də plüralzimin təşviqi tədbirləri üzrə tövsiyələrində bu problemə toxunmuşdu. Üzv dövlətlərə tövsiyyə olunurdu ki, KİV-də plülarizm və rəngarəngliyin artırılması üçün birbaşa və dolyası subsidiyaların verilməsi məsələsinə baxsınlar. Qeyd olunurdu ki, bu məqsədlə aydın, şəffaf prosedurlar, ədalətli meyarlar müəyyən olunmalıdır.
Medianın dövlət tərəfindən birbaşa və dolyası subsidiyalar dəstəklənməsi ilə bağlı paradiqma dəyişikliyi artıq Avropa və hətta ABŞ nümunəsində özünü biruzə verir. Avstriya, Danimarka, Fransa, Norveç və İsveç birbaşa bazarda lider mövqeyində olmayan qəzetləri maliyyələşdirir. Tədqiqatçılar Fransa təcrübəsinə diqqət çəkir dövlətin qəzet və jurnalların dəstəklənməsində hiperkativ rol aldığını qeyd edirlər. Fransa II Dünya Müharibəsindən sonra qəzet və jurnalları ənənəvi olaraq güzəştli poçt və telekommunikasiya tarifləri, dəmir yolunda güzəştli daşınma xərcləri, ƏDV-nin azaldılması ilə dəstəkləyir.
2013-cü ildə Danimarka medianı dəstəkləmə siyasətini dəyişdi. Artıq bütün növ, həmçinin onlayn KİV dövlət tərəfindən maliyyələşdirmə üçün müraciət edə bilər. Əsas meyalar kimi işçilərin sayı, xəbər kontentinin özü tərəfindən formalaşdırılmasıdır.
Hollandiyada 1971-ci ildən Mətbuatda Plürazlim Fondu yaradılıb. Fond müvəqqəti iqtisadi çətinliklər zamanı qəzetlərə güzəştli kreditlər də daxil olmaqla dəstək verir. İsveç hökumətinin hesabatından görürük ki, təkcə 2020-ci ilin ilk 6 ayı ərzində ölkə KİV-lərinə 200 milyon SEK (təxminən 18 milyon avro) maddi yardım ayırıb. Ölkənin mədəniyyət naziri bildirib ki, "Ənənəvi KİV-lərə maddi dəstək verilməsi təkcə medianın yaşaması üçün deyil, həm də vətəndaşların keyfiyyətli xəbərlər almaları üçün vacibdir. Bu, demokratiya üçün müsbət haldır".
Danimarka hökuməti eyni dövrdə KİV-lərin inkişafı üçün 4 illik maddi dəstək proqramının icrasına qərar verib, bu məqsədlə 122 milyon avroluq maliyyə ayırıb. Ölkənin mədəniyyət naziri deyib ki, "peşəkar media demokratiya üçün vacibdir, ona maddi dəstək göstərməliyik". Norveç hökuməti isə eyni zaman kəsiyində mediaya maddi dəstək proqramları üçün 300 milyon NOK (27 milyon avro) ayırıb.
Avropa ölkələrində KİV-ə dövlət dəstəyi proqramları ATƏT-in media komissarının 2020-ci il 3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə yayımlanan məruzəsində də alqışlanır, "pandemiya səbəbindən çətinlik çəkən mediaya maddi cəhətdən dəstək olmaq" üçün dövlətlərə çağırış edilir.
Media tədqiqatçıları nə deyir?
Dövlət tərəfindən medianın dəstəklənməsi ictimai maraqların qorunmasının bir vasitəsi kimi dəyərləndirilməsi və bu pardiqma dəyişikliyinin obyektiv zərurətdən yarandığı, yeni çağırışlara cavab verməsi ilə bağlı fikirlər Avropada media strukturların və media siyasətinin inkişafı məsələri üzrə ixtisaslaşmış Euromedia Research Group tərəfindən 2018-ci ildə nəşr olunan “Avropada KİV-in tənzimlənməsi və idarəolunması sahəsində siyasətin müqayisəsi” (Comparative Media Policy, Regulation and Governance in Europe) adlı tədqiqatında geniş əks olunub.
Bununla yanaşı ictimai maraqların müdafiəsi prizmasından ayrı-ayrı yaradıcılıq sahələri və medianın dövlət tərəfindən dəstəklənməsi məsələləri ilə bağlı tanınmış tədqiqatçı Paul Murschetz 2019-cu il aparel ayında “Jurnalistikanın dövlət tərəfindən dəstəklənməsi” adlı elmi məqaləsində bunun yeni reallıqdan qaynaqlandığını yazır. Müəllif qeyd edir ki, bütün tənqidlərə baxmayaraq dövlət subsidiyaları vətəndaşların daha yaxşı məlumatlandırılması, sektorda iqtisadi dayanıqlığın təmin edilməsi, mədəni və ictimai dəyərlərin təşviqində əsas töhfə verir. Həmçinin, bu artıq dövlətlərin media siyasətində müasir yanaşmanı əks etdirir.
Azərbaycan təcrübəsinin konsepti
Demək olar ki, bütün tədqiqat və tövsiyyələrdə mediaya dövlət subsidiyaları ilə bağlı əlçatanlıq, şəffaflıq, şəffaf prosedurlar, monitorinq mexanizmi, ədalətli meyarlar, bərabər imkanların yaradılması, ictimai maraqların rəhbər tutulması əsas prinsiplər kimi irəli sürürlər.
Azərbaycan təcrübəsində Medianın İnkişafı Agentliyinin onlayn və çap mediasının layihələrinin maliyyələşdirilməsi təcrübəsi bu prinsipləri nəzərə alır. Əlçatanlıq təmin olunub, meyarlar, məqsədlər açıqlanıb, prosedurlar, şərtlər açıqlanıb.
Selektiv diskrimasiyaya yol verilməyib. Bu müsabiqələr nəticəyönümüldür, onlayn və çap mediası subyektlərinə həm institusionl, həm də inkişaf dəstəyi elementlərini əhatə edir. Daha çox diqqət çəkən inkişaf üçün əsasların yaradılması, peşəkarlığın artırılmasına stumul verilməsi, xüsusən onlayn medianın sahibkarlıq subyekti kimi formalaşmasının əsas hədəf olmasıd
ır. Diqqətlə analiz etdikdə bu müsabiqələr mikrokreditləşmə və kiçik qrantlar proqramının elementlərini ehtiva etməklə dayanıqlı, keyfiyyət göstəricilərinə cavab verən və ictimai maraqları gündəlikdə saxlayan media seqmentin formalaşması üçün optimal dəstək modelidir. Həmçinin bu zaman Paretonun optimallığın saxlanması prinsipi də işləyir. Bu prinsipə görə, sistemin hər hansı elementi ziyan çəkmədən digər elementini inkişaf etdirmək optimal seçim sayılır.
Bu model onlayn və çap medianın ən ümdə problemlərinin həllində, digər sektorlara dəstək verən dövlətin məsuliyyətindən irəli gələn vəzifəsini də ehtiva edir. Artıq adını çəkdiyimiz Murschetz qeyd edir ki, jurnalistikada sırf kommersiyalaşmanın uzun müddət üstün olduğu ABŞ-da ictimai maraq doğuran araşdırmalar aparılması üçün qrantlar və maliyyə ayıran fondların sayı sürətlə artır.
Tədqiqatçılar son vaxtlar məhz vətəndaşların, cəmiyyətin obyektiv məlumatlandırılmasında artan problemlərin və çətinliklərin həllində dövlətin cavabdheliyini önə çəkirlər. Xüsusən, COVİD-19 pandemiyasının, azalan reklam gəlirləri və sosial şəbəkələrlə qeyri-bərabər rəqabət şəraitində keyfiyyətli jurnalistikanın qorunması, media seqmentində ictimai etimada malik, ictimai maraqları gündəlikdə saxlayan media orqanlarının ayaqüstə qalması üçün dövlət dəstəyi ictimai maraqların qorunması zərurəti kimi vurğulanır.
İri korporasiyalar, böyük şirkərlər, həmçinin texnoloji kampaniyalar və ümumilikdə, biznes KİV-ə reklam verməkdən çox PR kampaniyalar aparmağa üstünlük verirlər, bu ucuz başa gəlir və medianı asılı vəziyyətə gətirməyə yardımçı olur. Bu amil də KİV üçün yeni çətinliklər yaradır və dövlət məhz ictimai maraqların qorunması baxımından iqtisadi stimullaşdırma tədbirlərini gündəliyə gətirir.
Bütün bu çətinliklər ölkəmiz üçün də xarakterikdir və yaradıcı jurbnalistikanın ayaq üstə qalması, ictimai maraqları gündəlikdə saxlayan, cəmiyyəti obyektiv məlumatlandırmağa imkan verən media seqmentın formalaşması üçün dövlət dəstəyi ən optimal çıxış yoludur. Bu həmçinin, yaxın gələcəkdə media seqmentində daha ciddi islahatlar həyata keçirilməsi, medianın iqtisadi dayanıqlığı üçün biznes əsaslarla maliyyə dəstəyinin verilməsini, ünvanlı proqramların həyata keçirilməsinə (güzəştli kredirlər, innovasiyaların maliyyələşdirlməsi, startapların dəstəklənməsi, yeni marketinq modellərinin ünvanlı dəstəklənməsi, jurnalsitika təhsilinin dəstəklənməsi) imkanlar yaradır. Şübhəsiz ki, mediaya dövlət tərəfindən birbaşa və dolayısı subsidiyaların verilməsi, əldə olunacaq nəticələr, səmərəlilik göstəriciləri müzakirə oluna bilər. Tətbiq olunan təcrübə mübahisələndirilə, alternativlər hazırlana bilər. Lakin ümumlikdə, hazırda dünyada geniş tətbiq olunan bu praktikanı bütövlükdə inkar etmək, geniş vüsət alan paradiqma dəyişikliyini görməməzlikdən gəlmək, eqoist maraqları önə çəkmək yaxşı müzakirə nümunəsindən və konstruktivlikdən çox uzaqdır.
“Biz olmayan proses, iş obyektiv ola bilməz, produktiv ola bilməz” fikirlərini cəmiyyətimiz daha əsaslı arqument saymır və bu kimi sırf inkarçı rəylər gerçəklikdə şəxsi ambisiya, maraqların ifadəsidir.
Zaur İbrahimov,
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
Oxşar Xəbərlər
Onlayn Media Klubu
“Medianın İnkişafı Agentliyi öz fəaliyyəti ilə mediamızın tərəqqisində əhəmiyyətli rol oynayacaq”
“Bunu etməklə Azərbaycan xalqına ziyan vurmuş oluruq“ -
Əflatun Amaşov: Savadı olmayanlar da onlayn mediada meydan tapıblar
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…