Dünən, 21:30
7-10-2024, 10:03
4-10-2024, 10:23
27-09-2024, 11:44
19-09-2024, 00:17
44 günlük savaşda qələbəmizi şərtləndirən aşağıdakı 5 faktor var idi.
Sozcu.info xəbər verir ki, bu barədə hüquq elmləri doktoru, professor İlham Rəhimov Globalinfo.az-a müsahibəsində danışıb.
"Əvvəla, artıq xalqın səbri tükənmişdi, hətta şəhidlər vermək bahasına olsa da, müharibə yolu ilə işğaldakı torpaqlarını azad etmək istəyi yüksəlmişdi. İkincisi, ordunun döyüş hazırlığı, hərbi və mənəvi cəhətdən müharibəyə hazır olması idi. Burda xalq-ordu birliyi mühüm amil idi. Üçüncü ən başlıca faktor dövlət başçısının məsuliyyəti öz üzərinə götürməsi, cəsurluğu, qəti və yekun qərarlar qəbul etməsi, mövcud vəziyyəti düzgün analiz edib qiymətləndirməsi idi. Dördüncü, qardaş Türkiyə başda olmaqla Azərbacana dost dövlətlərin mənəvi və siyasi dəstəyi və beşincisi, Rusiyanın bu müharibədə neytral qalması oldu", - professor bildirib.