27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası növbəti parlament seçkilərində qalib gəldi. Bu partiya yenidən parlamentdəki yerlərin əksəriyyətini ələ keçirdi və hətta bundan əvvəlki seçkilərdən daha çox seçici dəstəyi aldı. Yenidən parlamentdə çoxluğu qoruyub saxlaya bildi ki, bu da respublikanın yeni hökumətini təkbaşına formalaşdırna imkan verir. Bu və digər məsələlərə aydınlıq gətirmək üçün BDU-nun kafedra müdiri, şair-publisist Knyaz Aslanla görüşdük.– “Gürcü Arzusu–Demokratik Gürcüstan” 12 ildir hakimiyyətdədir. Bu müddət ərzində müxalifətin parlament seçkilərində qalib gəlmək cəhdləri uğursuz olub. Oktyabrın 26-da keçirilən parlament seçkiləri əvvəlki seçkilərdən nə ilə fərqlənir?– “Gürcü Arzusu–Demokratik Gürcüstan” 2012-ci ildən hakimiyyətdədir. Həmin vaxtdan keçən müddətdə bir neçə dəfə parlament seçkiləri keçirilib. Hər dəfə də qalib gələn tərəf “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyası olub.Son parlament seçkiləri əvvəlkilərddən fərqli olaraq proporsional sistemlə, birmandatlı (majoritar) seçki dairələri olmadan keçirilib. Majoritar dairələrdə səsvermədən imtina və tam proporsional səs sisteminə keçid isə 2017–2018-ci illərdə Avropa İttifaqınıntəzyiqi ilə qəbul edilib. Bunun üçün Konstitusiyaya dəyişiklikləri də edilib. Əgər 2012 və 2016-cı il seçkilərində parlamentdəki 150 yerdən 73-ü birmandatlı dairələrdə nəzərdə tutulurdusa, 2020-ci il seçkilərində bu rəqəm 30-a düşdü. Ən çox da bu dairələrdə “Gürcü Arzusu” lider olub. Artıq 2012-ci ildə iqtidar partiyası birmandatlı seçki dairələri üzrə səsvermədə qalib gələrək, ümumilikdə, parlamentdə 85 yer alıb. 2016-cı ildə səslərin majoritar hissəsində total üstünlük ona 115 yerlik konstitusiya çoxluğu gətirib. 2020-ci ildə birmandatlı dairələrin sayının az olması səbəbindən o, 90 mandat alib. Göründüyü kimi bu partiya ən çoxüstünlüyü birmandatlı dairələrdə qazanıb.Son parlament seçkilərində proporsional sistemlə, birmandatlı seçki dairəli olmadan keçirilsə də, qalib yenə də “Gürcü Arzusu”dur. Bu, partiya sübut etdi ki, proporsional sistemlə də qalib gələ bilər. Oktyanrın 26-da keçirilən parlament seçkilərində iqtidar partiyasının 54 faizə yaxın səs toplaması bunun göstəricisidir.Hazırda “Gürcü Arzusu”nun parlamentdə 89 deputatyeriı var. Bu da parlament çoxluğu deməkdir. Bəli, bu parlament seçkilərində biz şər və xeyir, imansızlıq və mənəviyyat arasında seçim etdik. Sülh, əmin-amanlıq müharibə və dağıntı tərəfdarlarına qalib gəldi. Ailə dəyərlərimizə hörməti qoruyub saxladıq.Biz ailə dəyərlərimizə zidd olan LGBT və buna bənzər digər ünsürləri, onların təqdim etdiyi həyatı tanıya bilmərik. Öz əxlaq və milli-mənəvi dəyərlərimiz var.Sülh və əmin-amanlıq içərisində yaşamaq istəyirik və buna da səs verdik.– Gürcüstanda müxalifət partiyaları parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etdilər.Ölkə prezidenti Salome Zurabişvili də müxalifətə dəstək verdi. O, parlament seçkilərində total saxtakarlıq olduğunu bildirdi. Bundan sonra nə baş verə bilər?– Doğrudur. Gürcüstanda müxalifət partiyaları Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinə dair elan etdiyi ilkin nəticələri tanımadıqlarını və deputat mandatlarından imtina etdiklərini bildirdilər. Çox güman ki, müxalifət vətəndaşların dəstəyinə ümid edərək Vaşinqton və Brüsselin dəstəyi ilə kütləvi nümayişlər keçirməyə çalışacaq. Hadisələrin inkişafı isə bir sıra amillərdən asılıdır. Daha doğrusu çox şey insanların mitinqlərdə necə hərəkət edəcəyi ilə bağlı olacaq. Əgər onlar sadəcə olaraq etirazlarını bildirsələr, o zaman heç kimin problemi olmayacaq. Xüsusən də Gürcüstan son illərdə narazı vətəndaşların müntəzəm mitinqlərinə öyrəşib. Tbilisidəki Rustaveli prospekti uzun müddətdir ki, müntəzəm etirazların keçirildiyi məkana çevrilib. Mitinqlər qanun çərçivəsində keçiriləcəksə, ciddi qarşıdurma yaranmayacaq. Artıq Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında ilk etiraz aksiyası keçirib. Aksiya səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, təcili yardım maşınları cəlb olunub.Tədbir sakit keçib, ciddi qarşıdurma baş verməyib.Əgər etirazçılar parlament seçkilərinin nəticələri ilə razılaşmadıqlarını bildirmək üçün yolları bağlamaqdan tutmuş, hökumət binalarına və polis əməkdaşlarına hücuma qədər az-çox zor üsullardan istifadə etsələr, təbii ki, hakimiyyət tərəfindən cavab tədbirləri görüləcək. Hakimiyyət isə hər iki ssenariyə hazırdır.Maydanlara qarşı mübarizədə 12 illik təcrübəsi var.Dövlət öz yerindədir və heç kimə konstitusiya quruluşunu sarsıtmaqa imkan verməyəcək. Əminəm ki, müxalifət partiyaları uğur qazana bilməyəcəklər. Buna gücləri də yoxdur.–Dediniz ki, müxalifət uğur qazana bilməyəcək. Amma Saakaşvili vaxtilə mitinqlər yolu ilə hakimiyyətə gəlmişdi.– Düzdür, Gürcüstanın müasir tarixində artıq kütləvi etirazların ölkədə hakimiyyət dəyişikliyinə səbəb olduğu hallar olub. Bu, 2003-cü ildə baş verib. Həmin vaxt Mixail Saakaşvili seçkilərə hiylə qarışdırıldığını irəli sürdü və bu vəziyyəti beynəlxalq müstəqil təşkilatlar da dəstəklədi. Ardından Tbilisidə o dövrkü iqtidara qarşı nümayişlər başladı. Noyabrda 22-də etirazlar kuliminasiya nöqtəsinə çatdı və yeni parlamentin açılışında Şevardnadzenin çıxışı zamanı Mixail Saakaşvili rəhbərlik etdiyi nümayişçilər əllərində qırmızı güllərlə (hərəkat adını buradan almışdır) parlament binasına girdilər. Şevardnadze, danışmasını yarıda kəsərək qorumalarının köməyilə parlament binasını tərk etmək məcburiyyətində qaldı. O günləri yaxşə xatırlayıram. Yadımdadır, hərbi birliklər nümayişlərə müdaxilə etməkdən imtina etdilər. Bu da Şevardnadzeninoyabrın 23-də müxalifətin liderləri Saakaşvili və Zurab Jvania ilə görüşməyə məcbur etdi. Beləliklə, 2003-cü ildə parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən “Qızılgül inqilabı”ndan sonra o zamankı dövlət başçısı Eduard Şevardnadze istefa verdi və Mixail Saakaşvili prezident oldu. Tarixə “Qızılgül inqilabı” kimi daxil olan hadisədən sonra Gürcüstanda hakimiyyətə “Vahid Milli Hərəkat”partiyası gəldi və 2012-ci ilədək ölkəyə rəhbərlik etdi.Amma o vaxtlar nümayişçilərin xarizmatik lideri var idi, xarici müşahidəçilər səslərin sayılması zamanı pozuntularla bağlı daha sərt bəyanatlar verir, ölkə boyu kütləvi etirazlar keçirilirdi. Hazırda oxşar ilkin şərtlər Gürcüstanda hələ görünmür. Əhali etirazlardan yorulub və Rusiya ilə hərbi münaqişəyə risk etmək istəmir. Digər tərəfdən müxalifət partiyaları arasında birlik yoxdur. Onları arxasınca aparan güclü lider də görünmür.– Müxalifət parlamenti baykot edə bilərmi? Müxalifətin isə pamenti boykot etmək imkanı yoxdur.Çünki iqtidar parlamentdə 150 mandatdan 89-na sahibdir. Qalan yerlər müxalif partiyalarına məxsusdur.Belə ki, “Dəyişikliklər naminə Koalisiya bloku 18, “Birlik - Milli Hərəkat” partiya koalisiyası 17, “Güclü Gürcüstan” 14, “Gürcüstan üçün Qaxariya” partiyası 12 yer tutacaq. Deməli, onların cəmi 61 deputatı var. Bu da onu göstərir ki, müxalifətin parlamenti boykot etmək cəhdləri heç bir hüquqi nəticə verməyəcək, çünki parlamentin səlahiyyətlərini tanımaq üçün 76 deputat lazımdır. Müxalifət partiyalarının nümayəndələrinin mandatlarından imtina edib-etməməsindən asılı olmayaraq, parlament ölkə konstitusiyasının tələblərinə uyğun olaraq hər zamanki kimi öz işinə başlayacaq. Bundan başqa, müxalifət faktiki olaraq iclaslarda iştirakdan imtina etsə belə, Gürcüstan qanunvericiliyində yalnız bir partiyanın təmsil olunduğu parlamentin fəaliyyətinə qadağalar yoxdur.Məncə, müxalifət ilk dövrlərdə parlamentin işində iştirak etməyəcək, lakin bu, uzun sürməyəcək. Axı o, konstitusiya dəyişikliklərinin iştirakı olmadan qəbul edilməsindən qorxur. Ona görə də küçədə hökuməti devirməyə cəhd etməkdənsə, oturub əleyhinə səs vermək onlar üçün daha yaxşıdır.– Azərbaycan-Gürcüstan birliyi tarixi bir reallıq kimi regionun sabitliyinin əsas amillərindən biridir. İki ölkənin əlaqələri bundan sonra hansı istiqamətdə inkişaf edəcək?– Gürcüstan–Azərbaycan əməıkdaşlığı Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlığa yol açıb. Hər iki xalqın qarşılıqlı təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü, inkişaf və rifahı bu əməkdaşlıqda əsas məqsədidir. BMT, Avropa Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində Azərbaycan və Gürcüstan bir-birini dəstək verir. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü məsələsində rəsmi Bakı birmənalı şəkildə Tbilisinin mövqeyini dəstəklənir. Gürcüstanın ərazi bütövlüyü Azərbaycan qədər heç bir ölkə tərəfindən dəstəklənməyib. Gürcüstan da Azərbaycana qarşı eyni addımlar atır. Tbilisi hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bunlar ölkələrimiz arasındakı əlaqələrə müsbət təsir göstərir, regionda təhlükəsizlik, sabitlik və əmin-amanlıq yaratmaqla yanaşı, onların dünyada mövqeyini möhkəmləndirib, iqtisadi inkişafına da təkan verir.Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kəmərləri hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırmaqla, regionu və dünyanı yanacaqla təmin etməklə birlikdə, bölgəyə sülh və sabitlik gətirdi, təhlükəsizliyi, hər iki ölkənin dünyada mövqeyini möhkəmləndirib. Bu gün ARDNŞ Gürcüstanda ən çox vergi ödəyən xarici şirkətdir və onun dövlət büdcəsinin formalaşmasında kifayət qədər böyük rolu var. Azərbaycan və Gürcüstan əlaqələri hər iki dövləti Qafqaz nəqliyyat dəhlizinin inkişafında, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan dövlətlərə çevirib. Bakı –Tbilisi–Qars dəmir yolu layihəsi yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, dünyaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. Hazırda Azərbaycan-Gürcüstan birliyi onu göstərir ki, belə olduğu təqdirdə hər iki dövlət güclü olur və öz maraqlarını müdafiə edirlər. Bu cür ortaq yanaşmalar iki dövlət arasında müxtəlif sahələrdə də özünü göstərir. Bu birlik tarixən hər iki dövlətin güclənməsinə və öz maraqlarını effektiv şəkildə müdafiə etməsinə imkan yaradır.Bu, həm Gürcüstanın daxili siyasətinə, həm də Azərbaycanla əlaqələrin daha da güclənməsinə müsbət təsir göstərir. Bu, regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olunmasına töhfə verir və Qafqazın gələcək inkişafına daha əlverişli şərait yaradır.Gürcüstanda yaşayan azərbaycanlıları da unutmaq olmaz. Bu ölkədə baş verən siyasi proseslərdə azərbaycanlıların fəal iştirakı həm regionun sabitliyinə, həm də Azərbaycan–Gürcüstan münasibətlərinin inkişafına mühüm töhfə verir. Bu gün biz strateji tərəfdaşıq, birliyimiz və qardaşlığımız daha da möhkəmlənib. Hər iki ölkənin inkişafı üçün mövqelərimiz eynidir. Söhbəti yazdı:
Pünhan Əfəndi
Sozcu.info