İstanbulda restorana silahlı hücum olunub

 

İstanbulda restorana silahlı hücum olunub

 

 

Bu gün Türkiyə vaxtilə 17:30-da Fatih rayonunda yerləşən  restorana silahlı hücum təşkil olunub. Hücum nəticəsində 1 nəfər ağır yaralanıb, iki nəfər isə yünğül dərəcəli xəsarət alıb. Əldə edilən məlumata görə, hadisə Hisaraltı Prospektində yerləşən Fatih Balattada restoran istiqamətində  hərəkət edən 34 ZB 0674 nömrəli ağ avtomobilin içərisindəki silahlı adamlar tərəfindən törədilib. Silahlı hücumda restoranın qarşısında olan universitet işçisi Cavit adlı qadın və restoranın sahibi Osman Yılmaz vurularaq yaralanıb.Sinəsindən güllə yarası alan universitet işçisinin vəziyyətinin ağır olduğu, restoran sahibi Osman Yılmazın isə həyatı təhlükəsinin olmadığı haqqında məlumatlar verilir. Yaralılar Osman Yılmaz və universitet işçisi Cavit adlı qadın dərhal Haseki Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Silahlı hücum zamanı qarşı tərəfdən gələn bir avtomobil də güllələrin hədəfinə çevirilib.  Təsadüfü hücuma məruz qalan avtomobil sahibi Həsən Karatepe o anları belə izah edir: "Mən öz maşınımla qarşı istiqamətdən Fatih Balattada restorana  tərəf gəlirdim. Bu zaman silah səsləri eşitdim, başmı çevirdim, bir adam yerə sərildi. Ondan sonra mənim maşınımı sıxtılar. Şofer tərəfdən maşının ön hissəsinə bir neçə dəfə silahdan atəş açdılar. Xoşbəxtçilikdən özümə bir şey olmadı. Maşının markasını isə görə bilmədim"

Polis hadisə ilə əlaqədar genış araşdırmalara başlayib.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti