Islam Həmrəyliyi Oyunlarının Malayziyada uğurlu təqdimatı olub-FOTO

Islam Həmrəyliyi Oyunlarının Malayziyada uğurlu təqdimatı olub-FOTO

 


 

İslam Həmrəyliyi Oyunları yaxınlaşdıqca bu böyük idman tədbiri ilə bağlı təqdimat-təbliğat xarakterli tədbirlərin də sayı artır. Bu istiqamətdə uğurlu tədbirlərdən biri də Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilib. Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyevin yaxından iştirak etdiyi bu tədbir yüksək səviyyədə keçib. Tədbirin yüksək səviyyədə alınması isə Azərbaycan Şərq döyüş sənətinin canlı əfsanəsi, döyüş sənətləri və onların fəlsəfəsi üzrə professor, doktor, beynəlxalq dərəcəli təlimatçı və hakim Süleyman Məmmədlinin də daxil olduğu üç nəfərdən ibarət nümayəndə heyətinin vətənpərvərliyinin və fədakarlığının nəticəsidir. Nümayəndə heyətinin üzvü Elçin Nəsirlinin yükəsk təşkilatçılığı sayəsində Malayziya ictimaiyyətinə və tədbirdə iştirak edən digər ölkə vətəndaşlarına ölkəmiz haqqında dolğun təəssürat yaradılıb. Tədbir iştirakçılarında qarşıdan gələn İslam Həmrəyliyi Oyunları haqqında məlumatla yanaşı, ölkəmizin mənəvi və maddi sərvətləri, milli mətbəxi haqqında rəy yaradılıb. Tədbir iştirakçıları İslam Həmrəyliyi Oyunları ərəfəsndə Azərbaycana səfər edəcəklərini bildiriblər.

"Yeni Sözçü” qəzeti

Islam Həmrəyliyi Oyunlarının Malayziyada uğurlu təqdimatı olub-FOTO

 

Islam Həmrəyliyi Oyunlarının Malayziyada uğurlu təqdimatı olub-FOTO

 

Islam Həmrəyliyi Oyunlarının Malayziyada uğurlu təqdimatı olub-FOTO

 

Islam Həmrəyliyi Oyunlarının Malayziyada uğurlu təqdimatı olub-FOTO

 

Islam Həmrəyliyi Oyunlarının Malayziyada uğurlu təqdimatı olub-FOTO

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}