Beynəlxalq Diaspor Mərkəzi (BDM) bəyanat:"Nilufər Bələdiyyəsinin aktyorlarının adlarının arzuolunmazlar siyahısına daxil edilsin"

Beynəlxalq Diaspor Mərkəzi (BDM) bəyanat:"Nilufər Bələdiyyəsinin aktyorlarının adlarının arzuolunmazlar siyahısına daxil edilsin"

 

Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) Türkiyənin Bursa şəhərinin Nilufər Bələdiyyəsinin aktyorlarının Erməni yazar Hagop Baronyanın "Şark Dişçisi” adlı əsəri əsasında teatr nümayişi ilə bağlı Ermənistana turneyə çıxmasına etiraz olaraq birgə bəyanat yayıb.

 

BƏYANAT

Türkiyənin Bursa şəhərinin Nilufər Bələdiyyəsinin aktyorlarının Erməni yazar Hagop Baronyanın "Şark Dişçisi” adlı əsəri əsasında teatr nümayişi ilə bağlı Ermənistana turneyə çıxması Türkiyədə olduğu kimi Azərbaycanda da hiddət və etirazla qarşılanmışdır. Nəzərə alsaq ki, Ermənistan Avropa Birliyinin əlində bir oyuncağa çevrilərək, illərdir Türkiyə və Azərbaycana qarşı ərazi iddiası və təzminatla çıxış edir. Sözdə "erməni soyqırımı” ilə Türkiyəni təhdid edən Ermənistan Qars, İğdır, Ərdahan, Van və bu bölgələri "tarixi Ermənistan torpağı” hesab edərək, diaspor fəaliyyəti ilə Türkiyənin bölünməsi və parçalanmasına çalışırlar. Bütün dünyaya məlumdur ki, erməni daşnakları və onların davamçıları zaman-zaman Türkiyəyə və Azərbaycana qarşı soyqırım aktları həyata keçirmiş, dinc və əliyalın əhalini acımasızcasına qətlə yetirmişlər. ASALA ilə birlikdə PKK və PYD-nin tərkibində döyüşən və həbs olunan erməniləri misal çəkmək kifayətdir. Azərbaycan torpağı olan Qarabağın işğalı davam edərkən və bu səbəbdən Türkiyə ilə Ermənistan sərhəddi bağlanmışkən Bursanın Nilufər Bələdiyyəsinin aktyorlarının teatr nümayişi üçün Ermənistana getməsi yolverilməzdir. Bu kimi tədbirlər Türkiyə və Azərbaycan münasibətlərinə xələl gətirə bilər. Azərbaycanın icra strukturları, bələdiyyə orqanları və diaspor təşkilatları Türkiyə dövləti və türk xalqının ümummilli maraqlarının əleyhinə yönəlmiş heç bir layihədə iştirak etmir və etməyəcəkdir. Xatırladaq ki, bir müddət bundan öncə Tunceli Bələdiyyəsi şəhərin girişində erməni dilində "xoş gəlmişsiniz” sözləri yazmaqla Türkiyə və Azərbaycanda etirazlara səbəb olmuşdur, Türkiyənin aidiyyatı dövlət qurumları məsələyə müdaxilə etdikdən sonra həmin yazı götürülmüşdür.

Biz Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) bu səfərin baş tutmasına qəti etirazımızı bildirərək, Türkiyə Səfirliyinin məlum hadisəyə münasibət bildirməsini və Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana səfər edəcək Nilufər Bələdiyyəsinin aktyorlarının adlarının arzuolunmazlar siyahısına daxil edilməsini tələb edirik.

 

BDM mətbuat xidməti



Oxşar Xəbərlər

Xəbər lenti