“Erməni desantı” Bakıdan qovuldu

“Erməni desantı” Bakıdan qovuldu
“Azərbaycanda gələn ay keçiriləcək parlament seçkiləri ərəfəsində bu ölkədə söz azadlığı ciddi və davamlı hücumlara məruz qalır” - deyə “Amnesty İnternational”ın yaydığı bəyanatda bildirilir.

İnformasiya agentliklərinin yaydığı məlumata görə, Azərbaycanın miqrasiya xidmətinin əməkdaşları ölkəyə daxil olmaq istəyən “Amnesty İnternational”ın oktyabrın 7-də səhər Bakıya uçan nümayəndələrinin əvvəlcə pasportlarını alıblar. Bir neçə saatdan sonra isə onları deportasiya ediblər. Deportasiya olunan hər iki şəxs milliyyətcə gürcüdür.

sozcu.info xəbər verir ki, bir neçə gün öncə haqqin.az portalında “Londondan Bakıya erməni desantı gəlir” başlıqlı məqalə dərc olunmuşdu.

Həmin məqalədə deyilirdi ki, “Amnesty İnternational” guya parlament seçkilərini izləmək və işıqlandırmaq üçün iki əməkdaşını Azərbaycana göndərməyə hazırlaşır. O da bildirilirdi ki, Bakıya gəlməyə hazırlaşan şəxslər öz ermənipərəst mövqelərini dəfələrlə açıq-aşkar ortaya qoymuş Natalya Nozadze və Levan Asatianidir.

“Amnesty İnternational”ın Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Con Dalhausen kimi N.Nozadze və L.Asatiani də Qərbdəki erməni diasporu şəbəkəsi ilə sıx bağlıdır. Onların əksər bəyanatları, ümumən bütün fəaliyyətləri dünya erməniliyinin təsiri altındadır. C.Dalhausen və Gürcüstandan olan etnik erməni N.Nozadze bunu öz çıxışlarında dəfələrlə etiraf ediblər.


Oxşar Xəbərlər

Xəbər lenti