8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Olmadığına üzüldüm təbii.
Amma təkcə buna görə deyil. Həm də mənim duyğularımla, inamımla,güvənimlə alay edər kimi davranan, sadəliyimdən (sadəlövhlüyümdən bəlki) istifadə edən, bu sahədə imtiyaz sahibi dostumuzun davranışlarına üzüldüm. Çünki, 45 illik həyatımda olan sıxıntılarımı, problemlərimi ilk dəfəydi bütün gerçəkliklərilə həmin dostumuza söyləmişdim. Sadəcə üzüldüyüm də budur. Başımın dikliyindən, qürurumdan, nədən tavuz verdim ki...
Haqq məsələsinə gəlincə...
Son səkkiz ildə həm "Birlik" jurnalının baş redaktoru olaraq, həm də Türkdilli Xalqlar və onların diasporları ilə əlaqəli çalışaraq, fəaliyyət göstərdiyim coğrafi əraziləri qısaca xatırlatmaq istəyirəm. Avropanın siyasi mərkəzləri - Brüssel, Haaqa, Strasburq, Gent, Budapeşt və çeşidli şəhərlər. Bütün bu şəhərlərdə Azərbaycanın milli maraqlarına hesablanmış tədbirlərin və aksiyaların təşkilində birbaşa və əlahiddə fəaliyyətlərim olub. Avropa Parlamentində Qarabağ məsələsi, Azərbaycan həqiqətləri ilə bağlı konferanslar, Avropa Komissiyası, Avropa Parlamenti, Avropa Şurası önündə Xocalı ilə bağlı tədbirlər, aksiyalar, qapı-qapı, otaq-otaq senatorlarla, insan hüquqları müdafiəçiləri ilə yüzlərlə görüşlər, təbliğatlar... Türkiyənin az qala bütün bölgəsində, Qazaxstan, Qırğızstan, Özbəkstan, Dağıstan, Rusiya, Ukrayna və s. bütün bu ölkələrdə milli maraqlarımıza hesablanmış layihələr. Davam edirik. iki ay sonra Cənibi Koreyada, yenə yaxın zamanlarda Hollandiya, Belçika, Macarstan və Almaniyada Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı sanballı layihələr həyata keçiriləcək. Qeyd edim ki, bu layihələrin böyük əksəriyyəti Azərbaycanın yüksək çinlı dövlət və Parlament nümayəndələrinin iştirakı ilə gerçəkləşdirilib. Hətta, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da bu layihələrdə vaxtaşırı iştirak edib. Avropada Media əlaqələrinin qurulmasında xidmətlərim olub. Avropa Türkcə Media Platformasının yaradılması (Avropada olan 145 media və diaspor təşkilatları) ilə bağlı Layihə təklifim bir Dövlət Komitəsində icraatını gözləməkdədir. Həyata keçirilən bütün bu layihələr şəffaf şəkildə Azərbaycan, eləcədə Avropa və Türkiyə mediasında geniş işıqlandırılıb. Amma biz bütün bunları evə görə etməmişik, fəaliyyətimizi də daha inamla davam etdirəcəyik. ... Mən bu məsələyə heç bir reaksiya verməyəcəkdim. Sadəcə tələbə qızım Şahxanımın paylaşdığı bir status məni bunları yazmağa vadar etdi. Qızım özünəməxsus reaksiya verib evlərin pay bölgüsünə: ""Bu dünyanın tək ədaləti sonda hamımızın öləcək olmasıdır... bol-bol gülüb ədaləti gözləyin".
... Bu arada bayramınız mübarək, əziz həmkarlarım!